“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNUN OĞLU MƏHKƏMƏ ZALINDAN AZADIĞA BURAXILDI

oktyabr 7th, 2008
Bu gün (07 oktyabr) Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Tolışi sədo” (“Talışın səsi” – red.) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun (http://216.239.59.104/search?q=cache:f8Xj47QO1i8J:www.irfs.az/content/view/1107/28/lang,az/+Novruz%C9%99li+M%C9%99mm%C9%99dov+h%C9%99bs+edildi&hl=ru&ct=clnk&cd=5&gl=az) oğlu Emil Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim sübutların çatışmadığını qeyd edərək E. Məmmədovun məhkəmə zalından azad edilməsi haqqında qərar verib. Bu barədə RATİ-yə E. Məmmədovun vəkili Hilal Məmmədov məlumat verib.Qeyd edək ki, məhkəmə prosesi media nümayəndələri üçün qapalı keşirilib.Belə ki, E. Məmmədovun bu il iyulun 16-da üzərində az miqdarda narkotik maddə ilə saxlanıldığı bildirilirdi. O, Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddənin saxlanılması və istifadəsi) maddəsi ilə ittiham edilirdi.
Xatırladaq ki,  “Tolışi Sədo” qəzetinin  baş redaktoru, Milli Elmlər Akademiyasının şöbə müdiri Novruzəli Məmmədovun 2007-ci il fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib.  Daha sonra məhkəmənin hökmü ilə o 10 il müddətinə azadlıqdan məhrum edilib. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunub. Bu səbəbdən də RATİ baş redaktorun oğlunun şərlənərək həbs edildiyini istisna etmirdi.