HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Həbsxanada dünyasını dəyişmiş  “Tolışi-Sədo” qəzetinin baş redaktoru, Novruzəli Məmmədovun ölümü ilə bağlı xəbər Hüquq Müdafiəçilərinin   Cənubi Qafqaz Şəbəkəsini dərindən sarsıtdı.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz şəbəkəsi Human Rights House Foundation təşkilatının jurnalistin ölümü ilə bağlı  qərəzsiz və şəffaf tədqiqat aparılması üçün Azərbaycan hökumətinə ünvanladığı müraciəti dəstəkləyir.

Human Rights House Foundation təşkilatının 2 sentyabr 2009-cu il tarixli müraciətində deyilir:
 68 yaşlı Novruzəli Məmmədov 2009-cu il avqustun 17-də vəfat etmişdir. “Azad Avropa” Radiosunun verdiyi məlumata əsasən, hüquq müdafiəçisi  Elçin Behbudova həbsxana işçiləri tərəfindən bildirilmişdir ki, avqustun 17-də Novruzəli Məmmədovun səhhəti kəskin şəkildə pisləşmişdir. Məmmədovun vəkilinin verdiyi məlumata əsasən, Məmmədov Azərbaycanın beynəlxalq öhdəlikləri tərəfindən tələb olunan müalicə standartları ilə təmin olunmurdu.   
 2008-ci il iyun ayının 24-də  Novruzəli Məmmədov qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2008-ci il dekabr ayının 26-da Apelyasiya məhkəməsi Novruzəli Məmmədovun işi ilə bağlı ilk məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxladı.  Hökm Məmmədovun  vəkili, qohumları və mətbuatın iştirakı olmadan verildi. Məhkəmələr qapalı şəkildə keçirildiyi üçün  və Məmmədova qarşı dəlillərə ictimaiyyətdə aydınlıq gətirilmədiyi üçün Beynəlxalq və yerli təşkilatlar  hesab edirlər ki,  ittiham  sifarişlidir.

 2009-cu ilin yanvarında Novruzəli Məmmədovun səhhəti  15 saylı həbsxanada “karserə” köçürüldükdən sonra pisləşməyə başlayıb. 2009-cu ilin mart ayında Bakı məhkəməsi Məmmədovun  tibbi müalicə ilə təmin olunması üçün xəstəxanaya köçürülməsi ilə bağlı qərar çıxarsa  da, bu beş aydan sonra baş tutdu.  2009-cu il iyulun 28-də Məmmədov  Ədliyyə Nazirliyinin Penitensiar Sisteminin Mərkəzi Xəstəxanasına yerləşdirildi. Onun ölümündən iki həftə əvvəl, hakimiyyət orqanları Avropa Şurasının xüsusi nümayəndələrinin Azərbaycana beynəlxalq səviyyəli həkimlərin gətirilməsi təklifinə etiraz etdilər.  

 2009-cu ilin iyul ayında Human Rights House Foundation- , Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin üzvləri Azərbaycanla bağlı  məsələlərin müzakirə edilməsi üçün   BMT-nin İnsan Haqları Komitəsinə hesabat  təqdim etmişdir.
 Human Rights House Foundation beynəlxalq və yerli təşkilatlar tərəfindən verilən xəbərdarlıqları hökumətin  yerinə yetirməməsi və Məmmədovu həbsdə saxlaması faktlarını pisləyir. Biz təəssüf edirik ki, beynəlxalq və yerli  fiqurların Məmmədovun mülki xəstəxanaya köçürülməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət etməsinə baxmayaraq, onun səhhəti pisləşən zaman hələ də Penitensiar Sistemin Mərkəzi Xəstəxanasında saxlanılırdı.

      Novruzəli Məmmədov həbsxanada vəfat edən ilk şəxs deyil: siyasi aktivist Faina Kungurova 2007-ci ilin noyabrında həmin xəstəxanada  ürək çatışmazlığından vəfat etmişdir.  

   Hüquq Müdafiəçilərini Cənubi Qafqaz Şəbəkəsi Human Rights House Foundation təşkilatı ilə birlgə Azərbaycan hökumətini:

    * Azərbaycanın da tərəfdaş olduğu İnsan Haqlarının Avropa Konvensiyasında göstərildiyi kimi yaşamaq hüququna və qeyri-insani alçaldıcı davranışlardan azad olunmaq hüququna hörmət etməyə
    * İnandırıcı sübutlarla Avropa Konvensiyasında tələb olunduğu kimi Məmmədovun ölümünə səbəb olan  faktlar barədə həqiqətə uyğun məlumat verməyə
    * Müstəqil tədqiqatın həyata keçirilməsi məqsədi ilə beynəlxalq və yerli QHT-lərə Məmmədovun saxlandığı həbsxanaya və xəstəxanaya girişə icazə verməyə çağırır.

Previous Post

AZƏRBAYCANDA DEFAMASIYA ÜÇÜN İSTİ YAY GÜNLƏRİ

Next Post

“Ayan” qəzetinin baş redaktoru döyülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.