AZƏRBAYCANDA DEFAMASIYA ÜÇÜN İSTİ YAY GÜNLƏRİ

Təxminən bir ay əvvəl, Nizami Rayon Məhkəməsi uzun müddət bundan öncə Avropa ölkələrinin əksər məhkəmələrinin etmədiyini etdi. Məhkəmə "Nota" qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğlu və baş redaktor müavini Sərdar Əlibəyli barəsində defamasiyaya görə həbs cəzası kəsdi.

Bu qərarla əlaqədar mənim Londonda yerləşən ARTİCLE 19 təşkilatında olan həmkarlarım həmin cəzalardan narahatlıq ifadə edən press-reliz hazırladılar. Bizim təşkilat dünyanın hər yerində söz azadlığını müdafiə edir. Biz hesab edirik ki, Azərbaycanda jurnalistlərin və medianın vəziyyəti ilə kifayət qədər məlumatlıyıq. İyulda Article 19 təşkilatı jurnalistlərə fiziki hücumlar, onların həbsi və ittiham edilmələri, media qurumlarının bağlanması kimi hallarda daxil olmaqla Azərbaycanda ifadə azadlığının və məlumat almaq hüququnun pozulması üzrə bir sıra halları BMT-nin İnsan Haqları üzrə Komitəsinə bildirmişdir    Avqust ayının əvvəllərində BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı üçüncü hesabatını açıqlayıb. Mülki və Siyasi Hüquqlar haqqında   Beynəlxalq Konvensiyaya əsasən yaradılan Komitə BMT-nin bir hissəsini təşkil edir. Komitəyə BMT-nin Ümumi Assambleyası tərəfindən 18 üzv seçilə bilər və onlar Komitəyə dövlət nümayəndəsi kimi yox, sərbəst ekspert kimi  xidmət edirlər. Komitənin insan haqları monitorinqi dünyanın hər yerində təqdim olunan faktları əhatə edir. Komitə müntəzəm olaraq, insan haqlarının vəziyyətini nəzərdən keçirir və dövlətlərin hakimiyyətlərinə bəyan etmək üçün tövsiyələr hazırlayır.        
Azərbaycanla bağlı tövsiyələr, rəylər  göstərdi ki, Komitə ölkədə jurnalistlərin və mətbuatın vəziyyətini, xüsusilə də böhtanın cinayət olması məsələsini uzun müddətdir ki,  ciddi  şəkildə tədqiq edir. Komitə bəyan edib ki,  jurnalistlərə qarşı olan böhtan iddiası ilə bağlı məlumatlar hələ də onların maraq dairəsindədir. Böhtanla bağlı qanunvericiliyin şəxsin adının və ifadə azadlığının qorunması  arasındakı  xüsusi balanslaşdırma təmin edilərək Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın 19-cu maddəsinə uyğunlaşdırılsın. Bununla bağlı Azərbaycan hakimiyyətinə bildirilir ki, “ictimai məsələlərlə bağlı demokratik cəmiyyəti məlumatlandırmaq hüququnu və “ictimai fiqurların” fəaliyyəti ilə bağlı məlumatlar arasında balanslaşdırmanın müəyyən edilməli olduğunu nəzərə alsın.
      Komitənin işi vəkil olmayan şəxslər üçün qeyri-müəyyən və dolaşıq görünə bilər. Buna görə də icazə verin “beynəlxalq hüquq nöqteyi-nəzərdən ifadə azadlığı və şəxsi reputasiyanın qorunması arasındakı xüsusi balanslaşdırmanın” nə demək olduğunun sizə izah edim.
Cinayət, yoxsa mülki böhtan?
      Birinci sual ondan ibarətdir ki, cinayət böhtanı Azərbaycanda qalmalıdırmı?. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən şərəf və ləyaqətin alçaldılması və ya reputasiyaya xələl gətirilməsi cinayət hesab olunur. Bundan əlavə 148-ci maddəyə əsasən açıq şəkildə şəxsin şərəf və ləyaqətini qəsdən alçaltma cinayət hesab olunur. Jurnalistlər tez-tez bir sıra hallarda məsələn siyasi liderlərlə bağlı karikaturalar və ya yüksək səviyyədə olan  korrupsiya ilə bağlı məlumatlar nəşr edən zaman məhkum olunurlar.           Digər ölkələrdə də oxşar müddəaların olmasına baxmayaraq, Azərbaycanla müqayisədə Avropada jurnalistlər böhtana görə demək olar ki, ittiham olunmurlar. Bunun əvəzində siyasi partiyalar jurnalistləri mülki qaydada əsasən kompensasiya ödəmələri üçün məhkəməyə verirlər. Bundan əlavə, defamasiyanı dekriminalizasiya edən ölkələrin sayının artması ifadə azadlığına olan təhlükələrdən və dövlətlərin cinayət ittihamlarına ayrılan xərclərinin azaldılması istəyindən irəli gəlir.    İfadə azadlığının möhkəmləndirilməsi üçün həm BMT İnsan Haqları Komitəsi, həm də Avropa İnsan Haqları Məhkəməsi hesab edir ki, Dövlətlər cinayət ittihamlarına əl atmaqdan çəkinməklə, media tərəfindən təsdiqlənməmiş ittihamlara cavab vermiş olurlar. Bu mövqedən çıxış edərək, ARTICLE 19 Azərbaycan hökumətini böhtanın diskriminallaşdırmağa çağırır. Bu o demək deyil ki, böhtana məruz qalmış şəxslər məhkəməyə müraciət etmək hüquqlarını itirəcəklər, mülki qaydada kompensasiya üçün jurnalistləri məhkəməyə vermək onlar üçün mümkün olacaq. Eyni zamanda bu mülki məhkəmələrdən sonra Azərbaycanda ifadə azadlığının sərt olmayan şəraitlə üzləşməsi deməkdir və məsuliyyət də cinayət məsuliyyəti ilə müqayisədə daha az məhdudlaşdırıcıdır.    
 Cinayət sanksiyaları  
      Keçən ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda “Müxalifət” qəzetindən cənab Mahmudov və cənab Ağazadənin söz azadlığına olan hüquqlarının pozulduğunu müəyyən etmişdir. Bu defamasiya ilə bağlı Azərbaycana qarçı birinci iş idi. Strasburq məhkəməsi müəyyən etdi ki, hər iki şikayətçi qarşı jurnalist etikasına uyğun olaraq hərəkət etməyiblər. Bununla belə, məhkəmə onların hüquqlarının pozulduğunu müəyyən etdi.  
      Bu pozuntular  Mahmudov və Ağazadə üçün çox sərt qərarlarla nəticələndi, onlar məhkəmənin qərarı ilə azadlıqdan məhrum edildilər və beş ay həbsxanada qaldılar. beş ay müddətinə Azərbaycan məhkəməsi tərəfindən  ciddi şəkildə həbsi ilə nəticələndi. Kimsə deyə bilər ki, beş ay həbsdə qalmaq uzun məhkum edilmə deyil. Lakin Strasburq məhkəməsinin mövqeyi fərqlidir. Məhkəmə hesab edir ki, mətbuatın xətasına görə azadlıqdan məhrum etmə cəzasının verilməsi bəzi hallar (məsələn, nifrət, ədavət yaradan çıxışlar və ya zor tətbiq etməyə çağırışlar) istisna olmaqla jurnalistlərin söz azadlığına müvafiq qərar deyil. Bundan əlavə, yuxarıda qeyd edilən qərarlar ifadə azadlığına münasibətdə proporsional cəzalar deyil.
   Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də qeyd  edildiyi kmi, Azərbaycanın Cinayət Məcəlləsi böhtan üçün ciddi cəzalar nəzərdə tutur. İcazə verin Azərbaycanda mövcud olan  böhtana görə ciddi sanksiyaların tətbiq edildiyi bir neçə halı xatırladım. Böhtan atma görə təqsirli bilinən şəxslər bir il müddətinə icbari işlərə və ya  6 aya qədər həbsə məruz qala bilərlər. Eyni sanksiyalar təhqirə görə də nəzərdə tutulur. Yerli qanunvericilik beynəlxalq standartlarla uyğun olmadığına görə Azərbaycan məhkəməsi tərəfindən böhtana görə həbs edilən jurnalistlər öz işlərini Strasburq məhkəməsində udacaqlar.
 Məhkəmələr üçün balanslaşdırma məsələləri üzrə qeydlər  
      Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq söz azadlığının qorunması üçün öhdəlik götürüb. Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Əlavə olaraq, Konstitusiyanın 151-ci maddəsi müəyyən edir ki, yerli qanunlarla beynəlxalq müqavilələr arasında ziddiyyət yarandıqda Azərbaycanın qoşulduğu beynəlxalq müqavilənin müddəaları tətbiq olunur. Beləliklə, Azərbaycanda məhkəmələr ifadə azadlığının  beynəlxalq standartlarını nəzərə almalıdırlar.
      Böhtan işlərində bu standartlara uyğun olan BMT-nin İnsan Haqları  Komitəsinin tövsiyələrindən biri odur ki, hakimlər ictimai fiqurların  reputasiyasının qorunması və azad mətbuatın bərqərar edilib, qorunması ilə bağlı ictimai maraqlar arasında düzgün balanslaşdırma müəyyən etməyi bacarmalıdır. Azad mətbuatın olması ilə bağlı ictimai maraq daha güclüdür, balanslaşdırma zamanı o daha "ağır çəkiyə" malikdir. Avropa Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hakimiyyətə və ictimai fiqurlara münasibətdə mümkün tənqidin çərçivəsi adi vətəndaşlara münasibətdə olan tənqiddən daha genişdir. Balanslaşdırılma jurnalistlərin məsuliyyətinin, həm də sanksiyaların növünün və həddinin müəyyən edilməsi zamanı tətbiq edilməlidir.
      Bu yay Bakı nəinki böhtan ittihamı ilə jurnalistlər barəsində həbs cəzasının seçilməsinə görə, həm də Azərbaycan hökumətinin ölkədə insan haqlarının vəziyyəti ilə bağlı "qazandığı" layiqli tənqidlərə görə çox istidir. BMT-nin İnsan Haqları Komitəsi defamasiya haqqında qanunun yaradılmasını tövsiyə edir. Mənim ümidvaram ki, gözlənilən dəyişikliklər  ifadə azadlığı üzrə mövcud olan beynəlxalq standartlara uyğun gələcək.
Məqalənin müəllifi:
Boyko Boev
(ARTİCLE 19)

Previous Post

ƏFLATUN AMAŞOV MİKLOŞ HARAŞTİ BARƏDƏ ATƏT-Ə ŞİKAYƏT EDƏCƏK

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.