BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜ İLƏ ƏLAQƏDAR HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNƏ ÜZV 30 Q

10 Dekabr, 2009
 
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi üzvləri 10 Dekabr – Beynəlxalq İnsan Haqları günü münasibətilə azadlıq, bərabərlik və ədalət uğrunda mübarizədə əldə olunmuş nailiyyətləri təqdir edir.

Biz Cənubi Qafqazın hələ  də başqalarının hüquqlarını müdafiə etdiyi üçün  öz şəxsi uğurlarının qurbanına çevrilən-insan haqları  uğrunda qeyri-zorakı işlərinin əvəzində dövlət tərəfindən tez-tez repressiya və zorakılığın müxtəlif formaları ilə üzləşən insanların yaşadığı dünyanın bir hissəsi olduğunu təəssüflə qəbul edirik.
2009-cu ildə Ermənistan, Azərbaycan və Gürcüstanda hüquq müdafiəçiləri və başqa vətəndaşlara qarşı qorxu, işgəncə, pis davranış, qanunsuz həbs və saxlamalar, ədalətsiz məhkəmələr, diffamasiya kampaniyaları və zorakılığın başqa formaları davam edir.
      Bundan əlavə, belə zorakılıq hallarına qarşı cəzasızlıq da geniş yayılmış şəkildə qalmaqdadır.
2009-cu ildə QHT-lərin və hüquq müdafiəçilərin işini tənzimləyən hüquqi əsasları məhdudlaşdırmaq və sıxışdırmaq üçün Cənubi Qafqazdakı hökumətlərin  ciddi, müəyyən dərəcədə müvəffəqiyyətli cəhdlərinin şahid olmuşuq. 
Azərbaycan
İyul ayında Azərbaycanda “QHT-lər və Fondlar haqqında” qanuna  düzəlişlər təqdim olundu. Beynəlxalq təşkilatların təsiri nəticəsində düzəlişlər təqdim olunduğu kimi qəbul olunmasa da, Azərbaycanda QHT-lərin işini və fəaliyyətlərini məhdudlaşdıran və ağırlaşdıran düzəlişlər qəbul edilmişdir. 
Hazırkı qanuna görə,  əgər bir QHT aprel ayının 1-dən gec olmamaq şərti ilə və icraedici orqandan yazılı bildiriş aldıqdan sonra maliyyə hesabatını yoxlanışa təqdim etməsə, həmin QHT Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Müəyyən olunmuş vaxt müddətində hesabatın mətninin və onların yoxlanışa təqdim edilmə qaydalarının forması icraedici orqan tərəfindən müəyyən olunur. 
Gürcüstan
Məhdudlaşdırıcı  qanunlar həmçinin Gürcüstanda da qəbul olunub: 1) başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmayan və ya hər hansı yüksək ictimai dəyərləri qorumaq üçün vacib olmayan vəziyyətlərdə sülh şəraitində toplantı və nümayişə müdaxiləyə icazə verən Toplantı və Nümayiş hüququna düzəlişlər. 2) inzibati saxlanma 30 gündən 90 günə qaldırılıb. İctimai qaydanı və vətəndaşların rahatlığını pozan cüzi xuliqanlıq hallarından başqa fəaliyyətlər zamanı belə saxlanma halı tətbiq oluna bilər.
“Polislər haqqında” qanuna digər  düzəlişlərlə əlaqədar və Parlament qarşısında həllini gözləyən ABŞ Vətənpərvər Aktına uyğun qanun layihəsinə oxşar qanun layihəsinə görə narahatlıqlar hələ də qalır.  Əgər qanun indiki vəziyyətdə olduğu kimi qəbul edilsə, hər iki qanunun icraedici hakimiyyətin mülki azadlıqları məhdudlaşdırmaq üçün səlahiyyəti artacaq.  
Ermənistan
QHT-lər üzərində  ciddi hökumət nəzarəti yaradan düzəlişlər Ermənistan Parlamentində də qəbulunu gözləyir. Qanun layihəsinə görə, QHT-lər hər dörd ildən bir ümumi toplantı keçirməli, hər il maliyyə hesabatı da daxil olmaqla Ədliyyə Nazirliyinə və vergi xidmətinə 11 hesabat təqdim etməli, eyni zamanda QHT-lərin rəhbər və işçiləri barəsində məlumatı yoxlanışa təqdim etməlidirlər.
Bu faktlar bir daha göstərir ki, ölkədə QHT-lərə və vətəndaş cəmiyyətinə qarşı hücum təsirləri heç vaxt həmin ölkənin sərhədləri çərçivəsində, xüsusilə regional kontekstdə qalmır. 
Təhlükəli bir ənənə  meydana gəlib və hər üç ölkədə  cinayət qurbanına çevrilmək riski var. Bundan başqa bu ölkələrdə zorakılıq törədənlərdən çox zorakılığa məruz qalanların cəzalanması təhlükəsi mövcuddur. 
Bu baxımdan bir neçə misal:
Ermənistanda insan haqları  ilə əlaqədar fəal Məriəm Şaxudyan saxta ittihamlarla günahlandırılıb, daha sonra isə onu  Ermənistandakı  məktəblərdən birində şagirdlərinə qarşı cinsi zorakılıq etməsi ilə bağlı video sujet nümayiş etməklə ittiham ediblər.
Tanınmış hüquq müdafiəçisi və Hüquqi Təhsil Cəmiyyətinin sədri İntiqam Əliyev və Hüquqi Təhsil Cəmiyyətinin hüquqşünası Nurlana Əliyeva Azərbaycanda Mülki Məhkəmə Qərarının icra olunmamağı üçün kriminal təqib və həbs olunma təhlükəsi ilə üzləşiblər. Məhkəmə onlardan müəyyən məbləğdə cərimə ödəmələrini və hazırladıqları hesabatda guya “hakimlərin şərəf və ləyaqətini” alçaltdıqları üçün təkzib də nəşr etməyi tələb edib. Hesabatda isə ədalətsizlik və ayrı-seçkilik haqqındakı faktlar da daxil olmaqla həmin məhkəmə sistemində qüsurları da nəzərə çatdırıb.
“7 Noyabr” hərəkatının fəalları – Dachi Tsaguria, Jaba Jishkariani və İrakli Kordzaia noyabrın 23-də Gürcüstan Parlamenti binasından 25-30 metr aralıda keçirilən aksiya zamanı inzibati işlər üzrə məhkəmə tərəfindən həbs edilib  və onlar cərimələniblər.
Halbuki, toplantı və nümayişlə bağlı qanun Parlamentin 20 metr radius çərçivəsindən aralı aksiyanın keçirilməsini qadağan edir. 
 Bu gənc fəallar insan haqlarını ciddi şəkildə pozaraq hədsiz dərəcədə zor tətbiq edən polislərin qurbanı olmuş  iki məşhur şəxsin – Amiran Robakidze və Sandro Girgvlianinin şəkillərini əllərində tutaraq parlamentin binası qarşısında dayanırlarmış.
Hər üçü “İctimai televiziya Xalq üçündür ” şüarı olan afişaları nümayiş etdiriblər.
Hər üç ölkədə ifadə və mətbuat azadlığı sahəsində vəziyyət hələ də kritik olaraq qalmaqdadır. Azərbaycanda diffamasiya hələ də cinayət hesab olunur.  Qeyri şəffaf mətbuat sahibkarlığı, ictimai yayımçılar da daxil olmaqla mətbuatın dövlət tərəfindən birbaşa senzurası Gürcüstan və Ermənistanda demokratik inkişaf üçün ciddi problemlər yaradır.
Hazırda Azərbaycanda 5 jurnalist və 2 bloqçu peşə fəaliyyəti ilə əlaqəli olaraq müxtəlif ittihamlarla  həbsdədir.
Azərbaycanda müvafiq müalicə  ilə təmin olunmadığına görə vərəm xəstəliyindən  əziyyət çəkən “Bizim yol” qəzetinin əməkdaşı  Müşfiq Hüseynovun səhhəti ilə bağlı problemlər hələ də ciddi şəkildə qalmaqdadır.
Hər üç  ölkədə jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırlar və bir qayda olaraq günahkarlar cəzasız  qalmaqdadırlar.
Bu hallar və tendensiyalar Azərbaycanda, Gürcüstanda, Ermənistanda insan haqları və qanunları sahəsində ciddi problemlərin olduğunu göstərir. Bundan əlavə, mövcud vəziyyət bu ölkələrdəki  hüquq müdafiəçilərinə həmçinin  digər vətəndaşlara mənfi təsir edir və problemlərin sayı bitmir. Belə çətin bir mühitdə  hüquq müdafiəçilərinin rolunun vacibliyi artır və digər tərəfdən də onları təhlükə altında qoyur.
Cənubi Qafqazda hüquq müdafiəçilərinin qorunmasına xüsusi diqqətin yetirilməsi, onların işinin müdafiə olunması, insan haqları və qanunun rolu sahəsindəki narahatlıqlarının aradan qaldırılması vacibdir.
BMT-nin keçmiş baş katibi Kofi Annan son illərdən alınan dərsi bütün dünyaya xatırladaraq bildirmişdi ki, hüquq müdafiəçilərinin hüquqları pozularsa onda bizim hamımızın hüquqları da təhlükə altına düşmüş olur və daha az müdafiə olunaruq. Şəbəkəyə üzv olan 30 təşkilat BMT-nin, Avropa Şurasının, ATƏT-in və digər təşkilatların rəhbərlərinə çağırış edir:
Xüsusi hallarda müdaxilələr  də daxil olmaqla, insan haqları ilə bağlı bütün vasitələr tam şəkildə istifadə etməklə hüquq müdafiəçilərinə köməklərini artırsınlar;
BMT-nin və Avropa Şurasının Bəyannaməsini effektli şəkildə həyata keçirmək, dövlət tərəfindən hüquq müdafiəçiləri ilə bağlı Avropa Şurasının  Təlimatları, Azərbaycanda, Ermənistanda və Gürcüstanda və digər ölkələrdə Avropa Şurasının missiyasını effektli şəkildə həyata keçirmək üçün müvafiq tədbirlər görülməli;
İnsan Haqları  üzrə BMT-nin Ali Komissarı və Avropa Şurasının Komissarının, Hüquq  Müdafiəçiləri üzrə BMT-nin xüsusi nümayəndəsinin müəssisələrini lazımi siyasi yardımla təmin etmək , onların işinə vəsait ayırmaq və zəruri vasitələrlə təmin edilməli; 
Hüquq müdafiəçiləri və onların ailələrinə də yardım edən mövcud təşkilat və proqramlar üçün  xüsusi fondların yaradılması üçün maliyyə yardımı təmin edilməli.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi üzvləri Avropa Şurası və Avropa Birliyinə üzv ölkələr həmçinin digər demokratik ölkələri təhlükəli vəziyyətdə olan hüquq müdafiəçilərini qorumaq və müdafiə etmək üçün  müvafiq tədbirlər görməyə çağırır:
– Hüquq müdafiəçiləri və onların ailə üzvləri təhlükə ilə üzləşdikdə onlara humanitar və ya fövqəladə vizaların verilməsi üçün tədbir görülməli;
– Üçüncü ölkələrdə  təhlükə ilə üzləşən və ya daimi təqiblərdən yardıma ehtiyacı olan hüquq müdafiəçilərinə dəstək olmaq üçün müvafiq ölçü götürmək;
– Hüquq müdafiəçilərinə qarşı qaldırılmış iddialar üzrə keçirilən məhkəmələri müşahidə etmək;
Hüquq müdafiəçiləri və onların ailələri, həmçinin  yardımla təmin olunan proqramlar üçün xüsusi fondların yaradılması üçün maliyyə yardımı ilə təmin olunmasına xüsusi diqqət yetirmək.
Ölkə startegiyalarını planlaşdırılmasında və həyata keçirilməsində Hüquq Müdafiəçiləri ilə bağlı Avropa Birliyinin Təlimatlarına  öhdəliklərinə xüsusi diqqət yetirmək. 
 
Beynəlxalq Donor təşkilatlar:
Demokratikləşmə və insan haqları sahəsində davamlı dəyişikliyi təmin etmək məqsədilə hüquq müdafiəçilərinin təhlükəsizliyinə xüsusi diqqət yetirmək;
Ölkənin yerli vətəndaş cəmiyyəti ilə danışıqlar zamanı hüquq müdafiəçilərini bu işə cəlb etmək;
Hüquq müdafiəçiləri və onların ailələri, həmçinin  yardımla təmin olunan proqramlar üçün xüsusi fondların yaradılması üçün maliyyə yardımı ilə təmin olunmasına xüsusi diqqət yetirmək.
Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB

Next Post

ALİ MƏHKƏMƏ YENİ ZAMAN PARTİYASININ KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.