ALİ MƏHKƏMƏ YENİ ZAMAN PARTİYASININ KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Bu gün (18 dekabr) Ali məhkəmədə hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Yeni Zaman Partiyasının sədri Musa Ağayevin Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiaya əsasən Bakı Apellyasiya məhkəməsinin çıxardığı qərardan verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna M.Ağayevin özü məlumat verib.
O bildirib ki, Ali məhkəmə kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya 2007-ci ili avqust ayından müraciət etməsinə baxmayaraq, iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib. 3 iyun 2009-cu il tarixdə Yasamal rayon məhkəməsi, 10 sentyabr 2009-cu il tarixdə isə Apellyasiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməyib. 4 noyabrda Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayan qərar qəbul etsə də, M.Ağayev yenidən Ali Məhkəməyə müraciət etmişdi.
Previous Post

BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜ İLƏ ƏLAQƏDAR HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNƏ ÜZV 30 Q

Next Post

TANINMIŞ JURNALİST ELÇİN SƏLCUQ VƏFAT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.