İDMAN YAZARINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA RƏDD EDİLDİ

Bu gün (22 iyul) Nəsimi rayon Məhkəməsində Sevda Hüseynovanın sədrliyi ilə "Qəbələ" futbol klubunun vitse-prezidenti Cəmil Muradovun iddia Fanat.az saytının köşə yazarı və "KomandA" qəzetinin məsul redaktoru Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Natiq Muxtarlı bildirdi ki, hakim klub rəsmisinin qaldırdığı iddianı əsassız sayıb və baxılmadan rədd edib.

Xatırladaq ki "Qəbələ"nin vitse-prezidenti Cəmil Muradov jurnalistin yazdığı yazılarda onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edərək, Natiq Muxtarlıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 maddələri ilə cinayət işinin başlanmasını tələb edirdi.
Previous Post

ELAN!

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ MƏTBUAT GÜNÜNDƏ MƏHRUM HƏMKARLARINI ZİYARƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.