MEDİA NÜMAYƏNDƏLƏRİ MƏTBUAT GÜNÜNDƏ MƏHRUM HƏMKARLARINI ZİYARƏT EDİBLƏR

Bu gün – 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq media nümayəndələri Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Ziyarətdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ), Media Hüquqları İnstitutunun (MHİ) və “Turan” İnformasiya Agentliyinin əməkdaşları iştirak ediblər.

 Çıxış edənlər 134 il əvvəl – 1875-ci il iyulun 22-də Azərbaycan mətbuatının ilk qəzeti olan “Əkinçi”nin nəşrə başlamasını çox mühüm hadisə olduğunu qeyd edərək, H.Zərdabinin rəhbərliyi ilə nəşr olunan bu qəzetin cəmiyyətin maariflənməsində böyük rol oynamasını vurğuladılar.

Daha sonra media nümayəndələri İkinci Fəxri Xiyabanda “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov və Azərbaycanın ilk müstəqil qəzeti “Azadlıq” qəzetinin təsisçisi Nəcəf Nəcəfovun da məzarlarını ziyarət ediblər. Ziyarətçilər çıxışlarında bildiriblər ki, həm N.Nəcəfov, həm də E.Hüseynov Azərbaycanda söz azadlığının inkişafında mühüm xidmətləri olan jurnalistlərdir.
Xatırladaq ki, “Əkinçi” qəzetinin çap olunduğu 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,293/lang,az/

Previous Post

İDMAN YAZARINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA RƏDD EDİLDİ

Next Post

JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.