Son zamanlar qəzet kağızlarının bahalaşması barədə müxtəlif qəzetlərdə məlumatlar verilir.
”24 Saat” qəzetinin bu günkü buraxılışında bu mövzuda yazı öz əkisni tapıb. Bildirilir ki, artıq bununla bağlı Dövlət Gömrük Komitəsinə müvafiq tapşırıqlar da verilib. Həmin tapşırığa əsasən, gələn ildən ölkəyə gətiriləcək kağız yalnız hakimiyyətə yaxın adamlar tərəfindən reallaşdırılacağı təqdirdə ucuz qiymətə sərhəddən buraxıla bilər. Əks təqdirdə heç bir güzəşt olmayacaq.