HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİALARIN EYNİ İCRAATDA BİRLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI VƏSATƏT QALDIRIBLAR

Bu gün (11 may) Yasamal rayon Məhkəməsində “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında qaldırılmış 3 iddia üzrə proses keçirilib.

Hakim Elçin Qurbanovun sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin iddiasına əsasən keçirilən prosesdə xüsusi ittihamçının nümayəndəsi Əlirza  Həbilov cavabdehə qarşı qaldırılmış hər üç iddianın eyni məqalə ilə bağlı olduğunu və bir şəxsə aid olduğunu əsas gətirərək, hər üç işin bir icraatda birləşdirilməsi barədə vəsatət qaldırıb.

V. İsgəndərov bu vəsatəti əsassız hesab etdiyini bildirib.

Hakim vəsatətlə bağlı qərarı günün sonuna təyin etdiyi prosesdə açıqlayıb və təmin edərək, iddianın digər işlərlə birləşdirilməsinə qərar verib.

Qeyd edək ki, hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  əməkdaşına prosesdə foto və video çəkiliş aparmasına icazə verməyib.

Hakim Abbas Rzayevin sədrliyi ilə Göyçay rayon Polis İdarəsinin rəisi Vüqar Məmmədyarovun, hakim Xaqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimovun iddiasına əsasən keçirilən proseslərdə də iddiaçı tərəf eyni vəsatətlə çıxış edib.

Bu vəsatətlərə isə 17 may tarixinə təyin olunmuş proseslərdə qərar veriləcək.

Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Previous Post

GƏNCLƏR GÜL BAYRAMINA ETİRAZ OLARAQ AKSİYA KEÇİRİBLƏR

Next Post

ANASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.