ANASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Dünən (10 may) anası Bahar Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloqçunun atası Hikmət Hacızadə məlumat verib.

Onun sözlərinə görə Adnan Hacızadə saxlanma şəraitinin yaxşı olduğunu və səhhətində heç bir problem olmadığını deyib.Həbsdə olan digər bloqçu Emin Millinin (Abdullayev) anası Natella Abdullayeva RATİ-yə bildirib ki, həm özünün, həm də həyat yoldaşı Paşa Abdullayevin səhhətində  problem olduğundan hələ ki, Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Emin Milli ilə görüşə bilməyiblər. “Səhhətimizdə bir az irəliləyiş olan kimi onu görməyə gedəcəyik” – deyə N.Abdullayeva qeyd edib.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİALARIN EYNİ İCRAATDA BİRLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI VƏSATƏT QALDIRIBLAR

Next Post

RATİ ƏMƏKDAŞLARININ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ QARŞI İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.