HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (02 fevral) Ayəndə Mürsəliyeva 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə RATİ-yə jurnalistin həyat yoldaşı A.Mürsəliyeva məlumat verib. Onun sözlərinə görə, baş redaktor saxlanma şəraitindən və səhhətindən şikayət etməyib, o,  hər şeyin qaydasında olduğunu deyib.

Xatırladaq ki, Qənimət Zahid Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə şərlənərək 3 il 6 ay, CM 221-ci maddəsi ilə isə xuliqanlıqda şərlənərək  6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.