ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Bu gün (03 fevral) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu  "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə  görüşüb. Bu barədə RATİ-yə jurnalistin atası Emin Fətullayevin özü məlumat verdi: “Eynulla Fətullayevin dünyada müdafiə kompaniyası hələ də davam edir .

Bir çox ölkələrin vətəndaşları Eynulla Fətullayevə məktub və yüzlərlə açıqcalar göndəriblər. Məktub və açıqcalar Kanadadan, İngiltərədən,  İrlandiyadan, İsveçrədən,  İtaliyadan, Cənubi Afrika Respublikasından, İrlandiyadan, ABŞ-dan və digər ölkələrdən gəlir. Məktub və açıqca müəllifləri Eynullaya cəsarətinə və mərdliyinə görə öz minnətdarlıqlarını bildirirlər. Böyük Britaniyanın Mətbuat Şurasının sədri Barbara Stoulden də Eynullaya məktub yazaraq onunla həmrəy olduğunu bildirib”.

     Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

İTV İLƏ BAĞLI İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.