KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN HEYƏTİ BƏLLİ OLDU

Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi fonduna icraçı direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Səfərli Vüqar Müzəffər oğlu Fondun icraçı direktoru təyin olunub.
Prezidentin digər sərəncamı ilə fondun Müşahidə Şurasının üzvləri müəyyənləşib. Dövlət qurumlarından Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva, KİV-lərdən – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, jurnalist təşkilatlarından – Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunu sədri Umud Mirzəyev fondun Müşahidə Şurasının üzvləri təyin edilib.
Belə ki, Mətbuat Şurasının Prezident Administrasiyasına təqdim etdiyi namizədlər siyahısında Vüsalə Mahirqızı (APA-nın baş direktoru), Elçin Şıxlı (“Zerkalo” qəzetinin baş redaktoru), Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru), Aqil Abbas ("Ədalət" qəzetinin təsisçisi), Rəşad Məcid (“525-ci qəzet”in baş redaktoru), Mehman Əliyev (“Turan” İnformasiya Agentliyinin direktoru), Vüqar Rəhimzadə (“İki sahil” qəzetinin baş redaktoru), Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru), Aydın Quliyev (“Bakı xəbər” qəzetinin baş redaktoru), Tapdıq Abbas (“Paralel” qəzetinin baş redaktoru), Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri), Əflatun Amaşov (Mətbuat Şurasının sədri), Umud Rəhimoğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası Ermənişünaslıq Mərkəzinin rəhbəri), Xalid Niyazov (Müstəqil Jurnalistlər Liqasının sədri) və Vüqar Səfərlinin (“Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədri) adları var idi.
Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu il aprelin 3-də yaradılıb. Nizamnaməyə görə, fondun əsas məqsədi kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Nizamnaməyə əsasən, fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir.
Mətbuat Şurasının Prezident Administrasiyasına təqdim etdiyi siyahıda Vüsalə Mahirqızı (APA-nın baş direktoru), Elçin Şıxlı (“Zerkalo” qəzetinin baş redaktoru), Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru), Aqil Abbas ("Ədalət" qəzetinin təsisçisi), Rəşad Məcid (“525-ci qəzet”in baş redaktoru), Mehman Əliyev (“Turan” İnformasiya Agentliyinin direktoru), Vüqar Rəhimzadə (“İki sahil” qəzetinin baş redaktoru), Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru), Aydın Quliyev (“Bakı xəbər” qəzetinin baş redaktoru), Tapdıq Abbas (“Paralel” qəzetinin baş redaktoru), Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri), Əflatun Amaşov (Mətbuat Şurasının sədri), Umud Rəhimoğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası Ermənişünaslıq Mərkəzinin rəhbəri), Xalid Niyazov (Müstəqil Jurnalistlər Liqasının sədri) və Vüqar Səfərlinin (“Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədri) adları var idi.

Previous Post

EYNULLA FƏTULLAYEVİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ İLƏ BAĞLI KOMMUNİKASİYA MÜDDƏTİ BİTİR

Next Post

LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİ TƏLƏBƏNİN İDDİA ƏRİZƏSİNİ GERİ QAYTARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.