EYNULLA FƏTULLAYEVİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ İLƏ BAĞLI KOMMUNİKASİYA MÜDDƏTİ BİTİR

Bu gün (25 may) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayev verib.
 Onun sözlərinə görə, Eynulla Fətullayevin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətinin  kommunikasiya müddəti bitir və sənədlər mayın 27-ə kimi vəkil İsaxan Aşurov tərəfindən Avropa Məhkəməsinə göndəriləcək.
Emin Fətullayevin sözlərinə görə,  Eynulla Fətullayevin səhhəti yaxşıdır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur.
 Xatırladaq ki, Eynulla Fətullayev 20 aprel 2007-ci ildə böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan E.Fətullayev terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci ilin 30 oktyabrında ona əvvəlki həbs müddəti də daxil olmaqla, ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.  

Previous Post

AZƏR ƏHMƏDOVUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN HEYƏTİ BƏLLİ OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.