“GÜZGÜ“ QƏZETİNİN ƏMƏKDAŞINA 2 İL MÜDDƏTİNƏ İSLAH İŞLƏRİ CƏZASI İSTƏNİLDİ

Bu gün (13 oktyabr) Qubadlı rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə dövlət ittihamçısı çıxış edib və K.Bəyəliyev haqqında  2 il müddətinə islah işləri cəzası vermək barədə məhkəmə qərarının qəbul olunmasını xahiş edib.
Hakim E. Quliyev  15 oktyabr saat 11.00-da hökm elan ediləcəyini bildirib. Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib.
“Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.

 

Previous Post

ELAN!

Next Post

TƏNQİDÇİ WWW.EQREB.COM SAYTINA GİRİŞ BLOKLAŞDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.