TƏNQİDÇİ WWW.EQREB.COM SAYTINA GİRİŞ BLOKLAŞDIRILIB

Oktyabrın 8-dən  “www.eqreb.com” satirik saytına adi qaydada girmək qadağan olunub. Sayta girmək üçün  proksi saytların xidmətindən istifadə edilir.

 ”Azadlıq” radiosunun məlumatına görə, “eqreb.com” saytının yaradıcılarının kimliyi ictimaiyyətə bəlli deyil, onlar gizlin qalmağa üstünlük verirlər. Bunu da onlar təhlükəsizlikləri ilə bağlayırlar.
Amma sayt adından ”Azadlıq” radiosuna verilən açıqlamada deyilir ki, son hadisəni senzuradır.  “Saytımız Azərbaycanda baş verən siyasi və ictimai proseslərə münasibətini öz satirik üslubu ilə internet istifadəçiləri ilə bölüşür. Günümüzün internet məkanında belə bir boşluğun varlığından istifadə edib bu cür satirik elektron jurnal yaratmaq qərarına gəldik və çox keçmədi ki, Azərbaycan sərhədləri daxilində qadağa ilə üzləşdik”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycanda saytlara məhdudiyyətlər yaradılması halları əvvəllər də olub. İndiyədək hakimiyyəti sərt tənqid edən “Tinsohbeti.com”, “Susmayaq.biz” saytları da oxşar aqibətlə üzləşib. Sonradan həmin saytlar fəaliyyətlərini davam etdirməyiblər.
Previous Post

“GÜZGÜ“ QƏZETİNİN ƏMƏKDAŞINA 2 İL MÜDDƏTİNƏ İSLAH İŞLƏRİ CƏZASI İSTƏNİLDİ

Next Post

“AZADLIQ” QƏZETİNİN İNTERNET SƏHİFƏSİ HAKER HÜCUMUNA MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.