BEYNƏLXALQ TƏŞKİLATLARIN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BİRGƏ BƏYANATI

Human Rights House Foundation təşkilatı , Norveç Helsinki Komitəsi, Rafto Fondu və Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi  son zamanlar Azərbaycanda QHT-lərə edilən dəyişikliklərin ardınca hökumətin yerli qeyri-hökumət təşkilatları üzərində nəzarətinin artması tendensiyasından çox narahatdırlar. Qanuna edilmiş dəyişiklik hökumətə icazə verir ki, bu və ya digər qanunda göstərilən hər hansısa bir məqsədə istinad etmədən QHT-lərlə bağlı məlumat toplasınlar.

QHT-lər  üzərində hökumət nəzarətinin artmasının ən son təzahürü Ədliyyə Nazirliyi  tərəfindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisinin yoxlanması olub. Oktyabr ayının 29-u saat 12.30-da –da  Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. Öz növbəsində RATİ  əməkdaşları Ədliyyə Nazirliyinin əməkdaşına bildiriblər ki təşkilatın sədri Emin Hüseynov Rumıniyada keçirilən Qara Dəniz ölkələrinin QHT forumunda iştirak edir və yalnız noyabrın 1-də qayıdıb  onların suallarını cavablandıra bilər. Ancaq Ədliyyə Nazirliyinin əməkdaşları RATİ-nin ofisində yoxlama aparıblar. Nazirliyin nümayəndələri 1 saat müddətində ofisdə olan RATİ əməkdaşlarına çox sayda suallar veriblər. Onlar əsasən təşkilatın təsisçiləri, üzvləri, qrantları, hüquqi və faktiki ünvanlar barədə məlumatlarla maraqlanıblar.

RATİ-nin verdiyi məlumata əsasən, yoxlama aparmağa əsas kimi onlar “RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə” yoxlama aparmaq üçün RATİ-yə ezam olunmaları barədə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun imzaladığı və RATİ sədri Emin Hüseynova ünvanlanmış məktubu təqdim ediblər.

Biz Belorusiya və Rusiya Federasiyası kimi ölkələrdə vergi müfəttişliyi və digər inzibati agentliklərin QHT-lərə təzyiq göstərilməsi üçün tez-tez inzibati vasitələr kimi istifadə olunması tendensiyasına rast gəlirik. 29 oktyabr 2009-cu ildə RATİ-nin ofisində keçirilmiş oxşar yoxlama isə QHT-lərin işini çətinləşdirə və mane ola bilər.

Biz Azərbaycan hökumətini  Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində nəzərdə tutulmuş Birləşmək hüququna, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş İfadə azadlığına və Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş Yığıncaqlar və birləşmək azadlığına hörmət etməyə çağırırıq.

Bundan əlavə,  Avropa Qonşuluğu Proqramı, eləcə də Hüquq Müdafiəçiləri BMT Bəyannaməsi əsasında Azərbaycanı üzərinə götürdüyü “ Söz azadlığı, yığışmaq azadlığı və mətbuat azadlığını təmin etmək” öhdəliklərinə əməl etməyə çağırırıq.

Previous Post

QƏNİMƏT ZAHİDİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.