Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq və Azad Avropa” radiosunun müxbirləri Məlahət Nəsibova, İlqar Nəsibov, eləcədə RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri Elman Abbasovun Nehrəm qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyyəsi üzvləri tərəfindən döyülməsini qəti surətdə pisləyir.
Habelə, RATI narahatlığını bildirir ki, polis döyülmələrin şahidi olsa da, Azərbaycan Naxçıvan Muxtar Respublikası hökuməti və hüquq mühafizə orqanları bu məsələdə məsuliyyət daşıyanlara qarşı heç bir tədbir görməmişdir.
Belə ki, bu gün (27 avqust) səhər saatlarında Naxçıvanın Nehrəm kəndində polislə kənd sakinləri arasında baş vermiş qarşıdurma zamanı hadisə yerindən reportaj hazırlayan jurnalistlər – Məlahət Nəsibova, İlqar Nəsibov və Elman Abbasov döyülub, jurnalistlərin foto və video-kameraları, diktafonları, habelə Məlahət Həsənovanın mobil telefonu zorla əlindən alaraq yerə çırpılıb. Baş verən insident nəticəsində jurnalistlərə müxtəlif dərəcəli bədən xəsarət dəyib və onların istifadə etdikləri avadanlıqların bir qismi sıradan çıxıb.
RATİ hesab edir ki, jurnalistlərə zor tətbiq edilən zaman ərazidə olan polis əməkdaşlarının baş verənlərə müdaxilə etməməsi və jurnalistlərə qarşı təzyiqin qarşısını almamaqları Naxçıvan Muxtar Respublikası rəhbərliyinin jurnalistikaya və azad mətbuata münasibətinin təzahürüdür.
Baş verən insident RATİ tərəfindən bir daha kəskin pislənir və jurnalistlərə hücum edən şəxslərin cəzalandırılması Naxçıvan Muxtar Respublikası rəhbərliyi və Azərbaycan hökumətindən tələb edilir.
RATİ Azərbaycan hökumətini media azadlığının təmin ediləsi ilə bağlı yerli qanunlara, tərəfdar çıxdığı beynəlxalq konvensiyalara əməl etməyə və hörmətlə yanaşmağa, jurnalistlərin təhlükəsiz işləməsinə şərait yaratmağa, jurnalistlərə qarşı olan basqıları obyektiv araşdırmağa və günahkarları cəzalandırmağa çağırır.
RATİ hesab edir ki, bu xoşagəlməz hadisənin baş verməsində birbaşa Azərbaycan hökuməti məsuliyyət daşıyır. Habelə RATİ hesab edir ki, bu vaxta qədər jurnalistlərə qarşı olmuş sui-qəsd, basqı faktlarının obyektiv araşdırılmamağı və cinayətkarların cəzalandırılması bu kimi xoşagəlməz hadisələrin təkrarlanmasına şərait yaradır.