“Azadlıq” qəzetinin bugünkü sayında verilən xəbərə görə, qəzetin əməkdaşı Aqil Xəlili bıçaqlanmasında təqsirli bilinən Sergey Strekalin
Milli Təhlükəsizlik Nazirliyində saxlanılır və onun üçün burada kifayət qədər yaxşı şərait yaradılıb. Qeyd edək ki, A. Xəlilin fevralın 22-də “Zeytun bağları” deyilən ərazidə döyülməsi və martın 13-də bıçaqlanması ilə bağlı istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.