“TERRORA YOX” DEYƏN TƏLƏBƏLƏR ÖLKƏDƏ MATƏM OLUNMASINI TƏLƏB ETDİLƏR

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dünən (30 aprel) baş vermiş qanlı hadisədə həlak olanların anım mərasimi keçirilib.

ADNA-nın qarşısına gələn müxtəlif ali məktəblərin tələbələri, müəllimləri və vətəndaşlar hadisə baş vermiş tədris korpusunun qarşısına əklil və qərənfillər düzüblər. Səhər saatlarından başlayan anım mərasimində minlərlə insan iştirak edib. Saat təxminən 12.00 radələrində əllərində “Terrora yox!” şüarları və Azərbaycan bayraqları tutmuş, ucadan terrora etiraz şüarları səsləndirən bir qrup tələbənin qarşısı ADNA-nın əsas tədris korpusunun yanında polislər tərəfindən kəsildi. Müxtəlif ali məktəblərdə təhsil alan tələbələrdən bayraq və  şüarlar yığışdırıldıqdan sonra, onların şüar səsləndirmədən anım mərasiminə qatılmasına icazə verildi.
Saat 13.30 radələrində isə təxminən 1000 nəfərdən artıq tələbənin iştirak etdiyi etiraz aksiyası “Azadlıq” meydanından yürüşlə başladı. “Terrora yox!” “Tələbə ölməz, Vətən bölünməz”, “Bayraqlar ensin, matəm elan olunsun” şüarları ilə müşayiət olunan yürüşün qarşısı bir neçə dəfə polislər tərəfindən kəsilməyə cəhd göstərilsə də, qısa danışıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev yürüşün  Cəfər Cabbarlı heykəlinədək davam etməsinə icazə verdi. Yürüş iştirakçıları C.Cabbarlı heykəlinin qarşısına toplaşaraq, ölkədə 3 günlük matəm elan olunması tələbini səsləndirdikdən sonra aksiya insidentsiz başa çatdı.
Xatırladaq ki, dünən səhər saatlarında ADNA-nın 2 saylı tədris korpusuna silahlı şəxsin basqını nəticəsində 13 nəfər həlak olmuş, 13 nəfər isə yaralanmışdı.
Previous Post

İNTİQAM ƏLİYEVƏ QARŞI MƏHKƏMƏ QƏRARI ÇIXIB

Next Post

AZERBAYCAN NEFT AKADEMİYASİNA SİLAHLI BASQIN OLUB-ŞOK VİDEO

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.