İNTİQAM ƏLİYEVƏ QARŞI MƏHKƏMƏ QƏRARI ÇIXIB

Dünən (30 aprel) Nəsimi Rayon Məhkəməsində Şəkinin Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun cavabdehlər – Hüquq Maarifçiliyi Cəmiyyətinə, həmin təşkilatın təsisçisi İntiqam Əliyevə və təşkilatın hüquqşünası Nurlana Əliyevaya qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsinə dair iddia ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ ) İntiqam Əliyev özü verib. “İddiaya səbəb mənim və Nurlana Əliyevanın redaktorluğu altında nəşr olunan kitabda Q.Kərimov barəsində yer alan fikirlərdir. O, iddia edir ki, kitabda yer alan fikirlər şərəf və ləyaqətini alçaldıb və işgüzar nüfuzuna zərbə vurub. Habuki Q.Kərimov barədə fikirlər Məhkəmə Hüquq Şurasının saytında yerləşdirilmiş qərarlarından götürülüb” – deyən İ.Əliyev əlavə etdi ki, məhkəmə hər iki tərəfi dinlədikdən sonra Qəzənfər Kərimovun iddiasını qismən təmin edərək, İntiqam Əliyev və Nurlana Əliyevanın 1000 manat cərimələnməsi, təkzib verərək üzr istənilməsi və sözügedən kitabın satışdan yığışdırılması barədə qərar çıxarıb. Qeyd edək ki, iddiaçı cavabdehlərin 20 min manat cərimələnməsi ilə bağlı iddia qaldırmışdı.
İntiqam Əliyev sonda qeyd etdi ki, məhkəmənin qərarından Apellasiya məhkəməsinə şikayət edəcək.
Previous Post

“QƏRBİ AZƏRBAYCANIN SƏSİ” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ GÖSTƏRİLİB

Next Post

“TERRORA YOX” DEYƏN TƏLƏBƏLƏR ÖLKƏDƏ MATƏM OLUNMASINI TƏLƏB ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.