DİFFAMASİYAY GÖRƏ CİNAYƏT TƏQİBİNƏ MƏRUZ QALAN VƏTƏNDAŞIN KASSASİYA ŞİKAYƏTİ QİSMƏN TƏMİN EDİLİB

İyunun 7-də  Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə vətəndaş Yaqub Muradzadə haqqında çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2011-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə xitam verilməsi barədə verdiyi kassasiya şikayəti əsasında  məhkəmə prosesi keçirilib. Məhkəmə kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2011-ci il tarixli qərarını ləğv edib və işi Apellyasiya Məhkəməsi baxışına göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə bu gün (10 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vətəndaş Y.Muradzadənin özü məlumat verib.
Xatırladaq ki, Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin haqqında ayrı-ayrı dövlət qurumlarına ərizə yazmış vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında  iddia qaldırıb. 15 dekabr 2010-cu il tarixində Yasamal rayon məhkəməsinin hakimi Elçin Qurbanov verilmiş şikayət  üzrə vətəndaş Y.Muradzadənin Cinayət Məcəlləsinin (CM)  147.1 maddəsi (böhtan) 500 manat məbləğində, CM-nin 147. 2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə bəraət verilməsi və 148-ci maddəsi (təhqir) ilə 1000 manat məbləğində cərimələnməsi barədə qərar verib. Bu qərardan verilən apellyasiya şikayəti də təmin ediməmişdi.
Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.
 

Previous Post

İYUNUN 16-DA NEMƏT PƏNAHLIYA HÖKM OXUNULACAĞI GÖZLƏNİLİR

Next Post

HƏFTƏ ƏRZİNDƏ ÇƏTİN SUALLARIMIZI CAVABLANDIRANLAR 6-10 İYUN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.