ALİ MƏHKƏMƏ “YENİ MÜSAVAT” QƏZETİNİN İDDİASINI APELLYASİYA MƏHKƏMƏSİNƏ QAYTARIB

Martın 15-də Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə qarşı informasiya sorğusunun cavablandırılmamağı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin  22 oktyabr 2010-cu il tarixli  qərarından verilmiş  kassasiya şikayəti qismən təmin edilib.  Bu barədə bu gün (16 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən verilən kasassiya şikayətinin qismən təmin olunması, eləcə də  Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin  ləğv edilərək, işə yenidən baxılması üçün ikinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə ünvanladığı sorğuda Bakı şəhərində fəaliyyət göstərən şadlıq evi kateqoriyasından olan obyektlərdə hər obyekt üçün və hər il üzrə ayrılıqda göstərilməklə 2007-2008-ci illərdə qaz istehlakının həcmi və ödəmə vəziyyəti haqqında məlumat istəyib. Bu sorğuya cavab verilmədiyi üçün qəzet Xətai rayon Məhkəməsinə  müraciət edib. Məhkəmə iddianın rədd edilməsi barədə 21 aprel 2010-cu ildə qətnamə çıxarıb. 22 oktyabr 2010-cu ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarıb.

Qeyd edək ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ilin 10 noyabrdan  gündəlik çap olunur.

 

Previous Post

BƏXTİYAR HACIYEVİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Next Post

ALİ MƏHKƏMƏ JURNALİSTLƏRİN İDDİASINI TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.