ALİ MƏHKƏMƏ NEMƏT PƏNAHLININ ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Oktyabrın 11-də Ali Məhkəmənin Cinayət Kollegiyasında hakim Gülzar Rzayevanın sədrliyi ilə Nemət Pənahlının Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış qərarından verdikləri  şikayət təmin edilməyib.

Bu barədə bu gün (11 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Pənahlının  vəkili Samir İsayev məlumat verib.

Vəkil Samir İsayevin sözlərinə görə, 4 avqust 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı işin obyektiv baxışının təmin edilməsi üçün məhkəmə istintaqının keçirilməsi və Pənahlı ilə dostu haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırılsa da, məhkəmə bu vəsatətləri təmin etməmişdi:

“Müdafiə tərəfi olaraq, biz də ilkin baxışın qərarından Ali Məhkəməyə kassasiya şikayəti versək də, şikayətimiz Ali Məhkəmə tərəfindən təmin edilmədi” deyə bildirən vəkil qeyd etdi ki,  yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılması davam etdiriləcək.

Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Pənahlı və Fərzullayevi  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olmuşdu. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı. 17 iyun 2011-ci ildə Nəsimi rayon məhkəməsi Nemət Pənahlının 6 il, onun tanışı Ceyhun Fərzullayev barəsində isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun  həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

Previous Post

REAL HƏRƏKATININ HƏMSƏDRİ İLQAR MƏMMƏDOVLA MÜSAHİBƏ

Next Post

REDAKTORLAR BİRLİYİ İNTERNETDƏ GİBER CİNAYƏTKARLIĞA DAİR DƏYİRMİ MASA KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.