ALİ MƏHKƏMƏ DƏ VİDADİ İSGƏNDƏRLİNİ AZADLIĞA BURAXMADI

Hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərovun Şəki Apellyasiya Məhkəməsinin 2 noyabr 2011-ci il tarixli qərarından verdiyi kasassiya şikayəti təmin edilməyib.

Vidadi İsgəndərovun özünün də iştirak etdiyi proses bu gün (10 aprel)  Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə  keçirilib.

Vidadi İsgəndərovun vəkili Yalçın İmanov Obyektiv TV-yə müsahibəsində bildirib ki, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək. O həmçinin qeyd edib ki, müxtəlif dairələrdən Vidadi İsgəndərlinin əfv ərizəsi yazması üçün onlara müraciət olunur, lakin vicdan məhbusu bundan imtina edir.

 Xatırladaq ki, Vidadi İsgəndərli ötən il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirli bilinib. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisinin  3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 2 noyabr 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

 

Previous Post

ALİ MƏHKƏMƏ VİDADİ İSGƏNDƏRLİNİ AZAD ETMƏDİ

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.