HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

Bu gün (10 aprel) Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun işi üzrə hazırlıq prosesi keçirilib.

Vəkil Anar Qasımlı Obyektiv TV-yə bildirib ki, onlar zərərçəkmiş kimi tanınan şəxslərin məhkəmədə iştirakı ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və prosesi təxirə salıb.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanının yaxınlığında evləri sökülən hərbçiləri müdafiə etdiyinə görə təzyiqlərlə üzləşən Bəxtiyar Məmmədov ötən il dekabrın 30-da həbs edilib.  Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayel Rayon Məhkəməsi Bəxtiyar Məmmədov barəsində 3 ay həbs qəti-imkan tədbiri seçmişdi.

 

Previous Post

ALİ MƏHKƏMƏ DƏ VİDADİ İSGƏNDƏRLİNİ AZADLIĞA BURAXMADI

Next Post

SEYMUR HƏZİYEVİN İŞİ YENİDƏN İSTİNTAQA QAYTARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.