ALİ MƏHKƏMƏ DƏ SMDT-NİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

         Aprelin 20-də Ali Məhkəmədə hakim İslam Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və  Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT)  qeydiyyata alınmamağı ilə bağlı Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə Apellyasiya Məhkəməsinin çıxardığı 3 dekabr 2010-cu il tarixli qərardan verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə şikayətçi Bəşir Süleymanlı və şikayətçilərin vəkili Sadiq Bağırov iştirak etdiyi halda Ədliyyə Nazirliyindən heç bir nümayəndə iştirak etməyib.

Ali Məhkəmə kassasiya şikayətinin təmin edilməməsi və  Apellyasiya Məhkəməsinin 3 dekabr 2010-cu il tarixli qərarınının qüvvədə saxlanılması barədə qərar çıxarıb.

             Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratik Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və təşkilatın təsisçisi Bəşir Süleymanlı 26 yanvar 2009-cu ildə birliyin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin Ədliyyə Nazirliyi təşkilatın sənədlərində müxtəlif çatışmazlıqların olduğunu qeyd edərək onu qeydə almaqdan imtina etdiyi üçün SMDT Yasamal rayon məhkəməsinə müraciət edib. 2 sentyabr 2009-cu il tarixində məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarıb.  17 dekabr 2009-cu ildə Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladığına görə, təşkilat Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə avqustun 13-də işə baxaraq işin baxılması üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar verib. Apellyasiya Məhkəməsi dekabrın 3-də iddianın təmin edilməməsi barədə qərar çıxarıb. İddiaçılar da bu qərardan kassasiya şikayəti vermişdilər.

 

 

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 20 APREL 2011

Next Post

BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ APRELİN 21-DƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.