ALİ MƏHKƏMƏ HƏKİMELDOSTU MEHDİYEVLƏ BAĞLI QƏRARI QÜVVƏDƏ SAXLADI

Bu gün (22 fevral) Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2011-ci il 10 noyabr tarixli qərarından verdiyi kassasiya şikayətinə əsasən proses keçirilib.

Prosesdə Həkimeldostu Mehdiyev, onun vəkili Əsabəli Mustafayev və dövlət ittihamçısı Ehtiram Baxşəliyev iştirak ediblər.
Prosesdə çıxış edən Əsabəli Mustafayev Naxçıvan MR Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb və bu qərarın heç bir araşdırma aparılmadan verildiyini deyib. Buna görə də o, məhkəmədən qərar verərkən ədalətli olmağı xahiş edib.
Həkimeldostu Mehdiyev də ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu bildirib və Ali Məhkəmədə Naxçıvandakı ədalətsizliklə üzləşməyəcəyinə ümid etdiyini qeyd edib.
Dövlət ittihamçısı isə müdafiə tərəfinin fikirlərinin əsassız olduğunu vurğulayaraq məhkəmədən şikayətin təmin edilməməyini istəyib.
Müşavirədən sonra hakim kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.
Xatırladaq ki,  H.Mehdiyevə qarşı CM-nin  189-1.1-ci maddəsi  ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işinə əsasən Şərur rayon məhkəməsi onun 1000 manat cərimələnməsi barədə qərar çıxarmış, Naxçıvan Ali Məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdı.

Previous Post

“BAKIDA VƏ REGİONLARDA FƏALİYYƏT GÖSTƏRƏN QHT VƏ QHT FƏALLARININ NƏZƏRİNƏ!

Next Post

VƏKİLİ ANAR BAYRAMLI İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.