VƏKİLİ ANAR BAYRAMLI İLƏ GÖRÜŞÜB

Fevralın 21-də vəkil Anar Qasımov Kürdəxanı təcridxanasında saxlanılan İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı ilə görüşüb.

Bu barədə bu gün (22 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil A. Qasımov məlumat verib.
Vəkil A. Qasımov jurnalistin  ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirdi: “Anar Bayramlı gödəkcəsini bölmənin girişində asılqandan asaraq içəri keçdiyini dedi. Bir qədər sorğu-sualdan sonra ona narkotik maddəni göstərib deyiblər ki, bu heroindir, sənin cibindəki  pulqabından çıxdı. Bundan başqa hüquqlarını müdafiə etdiyim şəxslə balı  həmin gün onun iştirakı olmadan Binəqədi rayon Məhkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.”
Xatırladaq ki, fevralın 17-də axşam saatlarında 5 nəfər polis əməkdaşı heç bir əsas gətirmədən  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlını  evindən polisə dəvət ediblər. Onu  Binəqədi rayon 4-cü polis bölməsinə aparıblar. Daha sonra polislə əlaqə saxlayan ailə üzvlərinə jurnalistin üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Hal-hazırda o Kürdəxanı təcridxanasında saxlanılır.

Previous Post

ALİ MƏHKƏMƏ HƏKİMELDOSTU MEHDİYEVLƏ BAĞLI QƏRARI QÜVVƏDƏ SAXLADI

Next Post

“DEMOKRATİYA NAMİNƏ MUSİQİ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.