TALEH XASMƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Oktyabrın 9-da Şirvan Apellyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə  "Qanun və Hüquq-2010" MMC-nin sədri, hüquq müdafiəçisi, bloger Taleh Xasməmmədovun və qarşı tərəfin verdiyi apellyasiya şikayəti üzrə proses keçirilib. Bu barədə bu gün (10 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Əssabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, məhkəmədə özü,   Taleh Xasməmmədov və  dövlət ittihamçısı Siyavuş Sadıqov iştirak ediblər. İttiham tərəfdən isə  prosesə qatılan olmayıb.

Ə. Mustafayev müdafiə tərəfin gətirdiyi bütün arqument və sübutlara baxmayaraq, apellyasiya şikayətinin təmin edilmədiyini və bu qərardan kassasiya şikayəti veriləcəyini bildirdi.
Xatırladaq ki, Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb. Aptelin 20-də Kürdəımir rayon məhkəməsi onun 4 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Taleh Xasməmmədov və qarşı tərəfin verdikləri apellyasiya şikayəti eyni icraatda birləşdirilib.

Previous Post

ONLİNE İFADƏ TƏŞƏBBÜSÜ: AZƏRBAYCANDA İNTERNET QİSMƏN AZADDIR

Next Post

Expression Online Initiative: AZƏRBAYCANDA İNTERNET QİSMƏN AZADDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.