VERGİLƏR NAZİRLİYİ “AZADLIQ” RADİOSUNDA YOXLAMALARA BAŞLAYIR

Vergilər Nazirliyi “Azadlıq Radiosu”nun Bakı bürosunda yoxlamalara başlayacaq. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova məlumat verib.

O, bildirib ki, Vergilər Nazirliyindən daxil olan məktubda yoxlamaların may ayının 11-də başlayacağı göstərilib. X. İsmayılova əvvəllər belə yoxlamaların aparılmadığını da qeyd edib.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayının 1-dən 3 xarici radiostansiyanın – “Azadlıq” radiosu, “Amerikanın səsi” və BBC radiostansiyalarının yerli FM tezliklərində yayımı qadağan edilib. İndi bu radioları yalnız qısa dalğada (SW), peyk vasitəsilə və internetdə dinləmək mümkündür.

Previous Post

“FOREİGN POLİCY” JURNALI EYNULLA FƏTULLAYEVİ DİSSİDENT ADLANDIRIB

Next Post

GƏNCLƏR GÜL BAYRAMINA ETİRAZ OLARAQ AKSİYA KEÇİRİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.