GƏNCLƏR GÜL BAYRAMINA ETİRAZ OLARAQ AKSİYA KEÇİRİBLƏR

Bu gün (10 may) Gül Bayramına etiraz edən bur qrup gənc Dənizkənarı Parkda (bulvar) etiraz aksiyası keçirib. Saat 19.3 0 radələrində 2-3 dəqiqə ərzində “Gül bayramına yox!” şüarı səsləndirən gənclərə polis müdaxilə etməyə imkan tapmayıb.

Aksiyanı baş tutmuş hesab edən gənclər şüarlarını səsləndirərək etirazlarını bildirdikdən sonra sürətlə qaçaraq ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, hər il may ayının 10-da – mərhum prezident Heydər Əliyevin doğum günündə Azərbaycanda Gül Bayramı qeyd edilir.
 
Foto və Video: www.irfs.az
 
Previous Post

VERGİLƏR NAZİRLİYİ “AZADLIQ” RADİOSUNDA YOXLAMALARA BAŞLAYIR

Next Post

GƏNCLƏR GÜL BAYRAMINA ETİRAZ OLARAQ AKSİYA KEÇİRİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.