AZTV-DƏ TELEVİZİYA AKADEMİYASI FƏALİYYƏTƏ BAŞLAYIB

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) Televiziya Akademiyası fəaliyyətə başlayıb. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı APA-ya bildirib ki, martın 1-dən fəaliyyətə başlayan Akademiyanın rektoru “Space” telekanalının sabiq prezidenti, hazırda isə Bakı Slavyan Universitetində jurnalistika kafedrasının müdiri işləyən Etibar Babayev təyin olunub.

O qeyd edib ki, hazırda televiziya mütəxəssisləri hazırlayacaq Akademiyanın formalaşması prosesi gedir və dərslər bir ay sonra başlayacaq.
X. Qasımlı həmçinin qeyd edib ki, ilkin mərhələdə Akademiya AzTV işçilərinin ixtisaslarının təkmilləşdirilməsi ilə məşğul olacaq və sonrakı mərhələdə isə müsabiqə əsasında qəbul elan ediləcək: “Artıq tam təhsil hesab olunacaq bu mərhələdə digər kanallar üçün də kadrlar hazırlanacaq”.

Televiziya Akademiyasının yaranmasına dövlət büdcəsindən əlavə pul ayrılmadığını vurğulayan X. Qasımlı bunun dövlət büdcəsindən AzTV-yə ayrılan pulla maliyyələşəcəyini bildirib.

Previous Post

AZƏRBAYCANDA TELERADİO SAHƏSİNİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Next Post

AZƏRBAYCANDA XARİCİ JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.