AZƏRBAYCANDA XARİCİ JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB

“İslandiya İcmalı” jurnalının fotoqrafı və redaktor müavini Pall Stefansson fevral ayının 25-də Sumqayıt şəhərində polis tərəfindən saxlanılmışdır.

 Bu barədə “İslandiya icmalı” qəzeti məlumat yayıb. P. Stefansson bildirib ki, Dünyada ekoloji çirklənmiş şəhərlər barəsində yazdığı kitab üçün məlumat topladığı və fotoşəkillər çəkdiyi zaman izlənildiyini hiss etmiş, daha sonra isə polislər tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır: “Orada üç saat sorğu-sual etdilər. Bütün sənədlərim qaydasında olduğu üçün heç bir problem olmadığını bildirərək məni sərbəst buraxdılar”.

 Sərbəst buraxıldıqdan sonra da izlənildiyini deyən P. Stefansson, mart ayının 2-də qaldığı otelin qarşısında ağacların fotoşəklini çəkərkən 9 nəfər silahlı şəxs tərəfindən yenidən saxlanılaraq polis idarəsinə aparıldığını bildirib. O deyib ki, saxlanıldığı zaman İslandiya Xarici İşlər Nazirliyi ilə telefon əlaqəsi saxlayıb və hadisə barədə onlara məlumat verib. Lakin İslandiyanın Moskvadakı səfirliyindən edilən zəngə polislər cavab verməkdən imtina etmiş və onu yenidən polis idarəsinə aparmışlar. P. Stefansson daha sonra qeyd edib ki, sorğu-sual zamanı otaqdakı şəxslərdən birinə zəng gəlmiş, yalnız bundan sonra onun sənədləri və avadanlıqları geri qaytarılaraq sərbəst buraxılmışdır. P. Stefanmsson bu zəngin Azərbaycan Xarici İşlər Nazirliyindən edildiyini güman edir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi.

Previous Post

AZTV-DƏ TELEVİZİYA AKADEMİYASI FƏALİYYƏTƏ BAŞLAYIB

Next Post

İNTERPOL ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN AXTARIŞININ DAVAM ETDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.