İTV-NİN DÖVLƏT BÜDCƏSİ HESABINA MALİYYƏLƏŞDİRİLMƏSİNİN MÜDDƏTİ UZADILDI

Dünən (30 sentyabr) Milli Məclisin iclasında “İctimai Televiziya və radiom yayımı haqqında” qanuna əlavə və dəyişikliklərin qəbulu ilə İctimai Televiziyanın (İTV) dövlət büdcəsindən maliyyələşdirilməsi 2014-cü ilə qədər uzadılıb.

Qüvvədə olan qanuna görə, 2005-ci ildə yaradılan İctimai Televiziya və Radio Yayımları Şirkəti  2010-cu il yanvarın 1-dən özünümaliyyələşdirməyə keçməli və dövlət büdcəsindən vəsait ayrılması dayandırılmalı idi.
Həmin qanuna edilmiş digər dəyişikliklərə görə isə  şirkətin Yayım Şurası iki ayda bir dəfə deyil, altı ayda bir dəfə toplaşacaq və İTV-nin baş direktoru bütün müavinlərini vəzifəyə təyin edib, azad etmək hüququ alacaq.

Xatırladaq ki, 2009-cu ilin dövlət büdcəsindən İTV-nin saxlanması  üçün 13,54 milyon manat vəsait ayrılıb.

Previous Post

AZƏRBAYCANDA İLK İNTERNET TV FƏALİYYƏTƏ BAŞLADI

Next Post

NAXÇIVANDAKI HÜQUQ MÜDAFİƏÇİLƏRİ MƏHƏMMƏD QURBANOVUN DURUMUNDAN NARAHATDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.