NAXÇIVANDAKI HÜQUQ MÜDAFİƏÇİLƏRİ MƏHƏMMƏD QURBANOVUN DURUMUNDAN NARAHATDIRLAR

20 gündən artıqdır ki,  Naxçıvan Muxtar Respublika Psixi Xəstəliklər Dispanserində saxlanılan Naxçıvan şəhər sakini 57 yaşlı  Məhəmməd Qurbanova ailəsi və yaxınları  ilə görüşməyə  icazə verilmir. Bu barədə  RATİ-nin Naxçıvandakı  bölgə müxbirinə M. Qurbanovun həyat yoldaşı Fəridə İsmayılova deyib.

Sentyabrın 30-da isə  M. Qurbanovla bağlı Naxçıvan Muxtar Respublika “Demokratiya və Qeyri hökumət Təşkilatlarının İnkişaf Resurs” Mərkəzi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və yerli hüquq müdafiə təşkilatlarına müraciət ünvanlayıb. Müraciətdə hüquq müdafiə təşkilatları Muxtar Respublikada insan haqları sahəsində baş verən qanun pozuntularına ciddi reaksiya verilməyə çağırılır.
 “Naxçıvanda baş verən haqsızlıqlara ictimai reaksiya verilməzsə, etirazçı səslərin boğulması üçün  təcrübədən keçirilən bu repressiv üsul paytaxta və Azərbaycanın digər bölgələrində də həyata keçirilə bilər”.
 
Xatırladaq ki, Naxçıvan şəhər sakini, kiçik sahibkar,  2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etdiyi üçün 11 sentyabr 2009-cu il tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən Psixi Xəstəliklər Dispanserinə yatırılıb.
Previous Post

İTV-NİN DÖVLƏT BÜDCƏSİ HESABINA MALİYYƏLƏŞDİRİLMƏSİNİN MÜDDƏTİ UZADILDI

Next Post

HİLLARİ KLİNTON GƏNC BLOQÇULARLA BAĞLI ƏDALƏTLİ MƏHKƏMƏ PROSESİ GÖRMƏK İSTƏDİYİNİ BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.