İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ÜMUMDÜNYA TƏŞKİLATI EMİN HÜSEYNOVLA BAĞLI MƏLUMAT YAYIB

İşgəncələr Əleyhinə Ümumdünya təşkilatı Emin Hüseynov barədə məlumat yayıb. Məlumatı olduğu kimi təqdim edirik.

Hadisə AZE 170608
Pis rəftar/Cəzasız qalma riski
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının (İƏÜT) katibliyi Azərbaycanda baş vermiş aşağıdakı vəziyyətə  təcili müdaxilə etməyinizi xahiş edir.
Vəziyyətin qısaca şərhi

İƏÜT beynəlxalq katibliyinə etibarlı mənbədən və İƏÜT üzv təşkilatı olan “SOS-İşgəncə şəbəkəsi” Beynəlxalq Antenna vasitəsilə məlumat verilmişdir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri cənab Emin Huseynov iyunun 14-ü 2008-ci ildə Bakıda saxlanılarkən  ciddi döyülmələrə məruz qalmışdır.
Alınan məlumata əsasən, İyunun 14-ü 2008-ci ildə təxminən saat 13.00  radələrində Emin hüseynov “Ernesto Che Gueveranın pərəstişkarları” klubunun digər üzvləri və RATİ-nin tədqiqatçıları Rasim Əliyev və Mirrəhim Həsənov da daxil olmaqla Kuba inqilabçısı Ernesto Che Gueveranın kafedə keçirilən 80 illik yubileyi münasibətilə dinc tədbirdə iştirak edirdi. Bu zaman polis tədbirə hücum edib.  Emin Huseynov, Rasim Əliyev, və Mirrəhim Həsənov da daxil olmaqla, təxminən 20 nəfər həbs edilmişdir. Verilən məlumata  görə, iki nəfər mülki paltarlı şəxsin başçılığı ilə polis tərəfindən döyülmüş Emin Hüseynov sonra isə Bakıdakı  Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsinə  aparılmışdır. Məlumatda deyilir ki, onların həbsi üçün şəxsiyyəti təsdiq edən sənədlərinin olmamasından başqa heç bir səbəb göstərilməmişdir.
Polis Bölməsində polislər heç bir izahat vermədən onların şəklini çəkməyə və barmaq izlərini götürməyə başlamışdılar. Emin Huseynov buna öz etirazını bildirdikdə, o Polis Bölməsinin rəis müavini, mayor Azər Kərimzadənin otağına aparılmış və deyilənə görə, ciddi şəkildə döyülmüşdür. O otaqdan çıxarılan kimi huşunu itirmişdir. Digər həbs olunmuş şəxslər polisdən təcili yardım çağırmağı təkid etsələr də, polis onların xahişini qulaqardına vurmuşdur. Emin Huseynov yalnız saat 4:45 radələrində – polis tərəfindən buraxılandan sonra tibbi yardım ala bilmişdir. Sonra o öz iş yoldaşları vasitəsilə xəstəxanaya gətirilmiş və hələ də orada saxlanılır. Həkimlərin dediyinə görə, o, baş və beyin zədəsi almışdır.
Rasim Əliyev və Mirrəhim Həsənov da daxil olmaqla, digər həbs olunmuş şəxslər həmin gün axşam saat 20.00 radələrində azad buraxılıblar.
İƏÜT Beynılxalq Katibliyi Emin Huseynovun və eləcə də digər şəxslərin  həbsindən və ciddi döyülməsindən dərin narahat olduğunu bildirir. İƏÜT rəsmilərdən xahiş edir ki, bu işdə məsuliyyət daşıyanları tapmaq, onları məhkəməyə cəlb etmək və qanunla təyin olunmuş cəza və ya inzibati sanksiya tətbiq etmək üçün bu hadisə üzrə tam, müstəqil və ədalətli təhqiqat aparılsın. Bundan əlavə İƏÜT xatırladır ki, Azərbaycan İşgəncələrə və digər qəddar, qeyri-insani və alçaldıcı rəftar və ya cəzaya qarşı BMT Konvensiyasının və Beynəlxalq Vətəndaş və Siyasi Hüquqlar Razılaşmasının (BVSHR) dövlət üzvüdür və hər iki təşkilat qəddar, qeyri-insani və alçaldıcı rəftarı qadağan edir. İƏÜTAzərbaycana onu da xatırlatmaq itəyir ki,  BVSHR-ın 91-ci maddəsinə əsasən, “heç bir kəs təsadüfi həbs və ya saxlanmaya məruz qalmamlıdır.”
Təklif olunan addımlar
Xahiş edirik ki, Azərbaycan hökumətinə ciddi tələblə yazın:

1.  Emin Hüseynov, Rasim Əliyev və Mirrəhim Həsənova qarşı hər hası bir şəkildə fiziki, psixoloji təzyiqlərin olmayacağına təminat olmalıdır;
2. Təcili olaraq bu işdə məsuliyyət daşıyanları tapmaq, onları məhkəməyə cəlb etmək və qanunla təyin olunmuş cəza və ya inzibati sanksiya tətbiq etmək üçün bu hadisə üzrə tam, müstəqil və ədalətli təhqiqat aparılmalıdır;
3. Zərərçəkmişlərə dəymiş ziyanın ödənməsinə təminat verilməlidir;
4. Milli qanunlara və beynəlxalq standartlara uyğun olaraq ölkə ərazisində insan hüquqları və əsas azadlıqlarına riayət olunmasına təminat olmalıdır.

Addresses
•    Mr. Ilham Aliyev, President of the Republic of Azerbaijan, Office of the President of the Republic of Azerbaijan, 19 Istiqlaliyyat St., Baku AZ1066, Azerbaijan, Fax: +994 12 492 06 25, +994 412 92 28 68, E-mail:

•    Prosecutor’s Office, 7 Nigar Rafibeyli St., Baku, Azerbaijan, Fax: +994 12 492 06 82, +994 12 492 26 63, E-mail: prosec@azeri.com
•    Minister of Internal Affairs of the Azerbaijani Republic, Lt.-Gen. Ramil Usubov, Fax: + 994 12 492 45 90
•    Permanent Mission of Azerbaijan, Rue de Lausanne 67, CH-1202, Genève, Suisse, e-mail : az.mission.unog@iprolink.ch, fax: +4122 901 18 44
•    Minister of Justice in Azerbaijan, Prospekt Stroitelej, 1 Baku Azerbaijan, e-mail: contact@justice.gov.az , Tel (99412) 430 01 16, Fax (99412) 430 09 81
•    Azerbaijani Embassy in Brussels, Avenue Moliere, 464, 1050 Brussels, Belgium, Tel: +32 2 345 26 60, Fax: +32 2 345 91 85
 Habelə xahiş edirik ki, bu barədə öz ölkələrinizdəki səfirliklərə də yazın.  
Cenevrə  17 iyun 2008
 
Xahiş edirik ki, istənilən addim barədə bizə dərhal məlumat verəsiniz.

Previous Post

Musavat partiyasinin kecirdiyi piket

Next Post

JUHI KİV ƏMƏKDAŞLARININ SOSİAL PROBLEMLƏRİNİ ARAŞDIRACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.