JUHI KİV ƏMƏKDAŞLARININ SOSİAL PROBLEMLƏRİNİ ARAŞDIRACAQ

      Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə ölkənin kütləvi informasiya vasitələrində çalışanların sosial hüquqlarının təmin edilməsi üçün çox mərhələli proqramın icrasına başlayıb.

Bu barədə RATİ-yə JuHİ-nin mətbuat xidmətindən məlumat verilib.
      JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, proqramın ilkin mərhələsi KİV işçilərinin sosial problemlərinin öyrənilərək  ümumiləşdirilməsindən və  ictimailəşdirilməsindən ibarətdir.
       Proqramın  ikinci mərhələsi sosial problemlərlə rastlaşan, əmək hüquqları pozulan jurnalistlərə  hüquqlarının bərpa edilməsi üçün praktiki yardımın göstərilməsindən ibarətdir: “Burada ilk növbədə hüquqi yardımlar nəzərdə tutulub. Jurnalistlər əmək mübahisələrinin həlli, əmək mübahisələrinə həsr edilmiş məhkəmə çəkişmələri, digər anlaşmaz halların aradan qaldırılması üçün lazımi dəstək alacaqlar”, – deyə M. Ələsgərli bildirib.  

Previous Post

İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ÜMUMDÜNYA TƏŞKİLATI EMİN HÜSEYNOVLA BAĞLI MƏLUMAT YAYIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİ BİTMƏK ÜZRƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.