RATİ-NİN “XƏYAL” TV-NİN HƏBSDƏ OLAN ƏMƏKDAŞLARINA TƏZYİQ FAKTI İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu "Xəyal TV"-nin hazırda həbsdə olan və DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsində saxlanılan  icraçı rektoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevə istintaq tərəfindən təzyiq edilməsi faktından narahatdır və buna  son qoyulmasını tələb edir.

Belə ki, bu gün  vəkil Elçin Sadıqov Vüqar Qonaqovla görüşüb. Görüşdə o vəkildən imtina edib. Bu görüşdən bir saat əvvəl  istintaqı  aparan müstəntiq vəkilin iştirakı olmadan Qonaqova baş çəkib. RATİ istisna etmir ki məhz bu görüşdən sonra Qonaqov basqı altında vəkildən imtina edib. və dövlət tərəfindən təyin olunmuş vəkilə razılaşıb.

 

RATİ  qeyd edir ki,  13- mart 2012-ci il tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs edilsələr də bu barədə hüquq-mühafizə orqanları yalnız martın 15-də məlumat veriblər. Habelə jurnalistlər haqqında  məhkəmə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçsə də onlar iki həftəyə yaxındır ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsində saxlanılırlar. Qeyd etmək lazımdır ki, həmin idarədə saxlanılan şəxslərə işgəncələr verilməklə xüsusi tanınır. Bu səbəbdən də Qonaqov və Quliyevə də təzyiq edilməsi faktı şübhə yaratmır.

 

Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı
Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb.

 

 

 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏDƏLƏNİB

Next Post

YOXSULLARA DƏSTƏK MİSSİYASI DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.