Martın 28-də “Yeni Müsavat” qəzetinin Balakəndəki bölgə müxbiri Akif Məmmədli Balakən rayon Polis Şöbəsinin “Narkomaniyaya qarşı mübarizə idarəsi”nə çağırılıb.
Baş redaktorun sözlərinə görə, həmin günü səhər saat 9-da polis şöbəsinə çağırılan jurnalistlə 2 saata yaxın söhbət edilib: “Əməkdaşımız Akif Məmmədli rayonda camaatı narahat edən problemlərdən, o cümlədən bölgədə narkotik maddələrin yayılmasının təhlükəli həddə çatmasından bəhs edən yazılar yazir. Polis zabiti Məhiyəddin Musayev isə qəzetimizin əməkdaşı olan ziyalıya hədə-qorxu gəlməyə çalışaraq, bir də bu barədə yazıların yazılmamasını tələb edibb”.
R. Arifoğlu jurnalistə qarşı təzyiqi qəti şəkildə pislədiyini və ona qarşı baş verə biləcək hər hansı xoşagəlməz hərəkətə, hadisəyə görə yerli hakimiyyət strukturlarını (o cümlədən M.Musayevin) məsuliyyət daşıyacağını bildirdi.
Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.