“DİPLOMAT” QƏZETİNİN ÇAPINA QADAĞA QOYULDUĞU BİLDİRİLİR

Azərbaycandakı mətbəələr həftəlik “Diplomat” qəzetini çap etməkdən imtina ediblər. 

“Yeni Müsavat” qəzetinin məlumatına görə, qəzetin baş redaktoru, kürd əsilli Azərbaycan vətəndaşı Tahir Süleyman dövlət mətbəəsi olan “Azərbaycan” nəşriyyatında da qəzetin çapından imtina edildiyini və bunun səbəbinin açıqlanmadığını deyib:

“Mənə qəzeti hansı səbəbdən  çapa götürmədikləri barədə heç bir səbəb göstərmədilər. Əldə etdiyim məlumata görə, Türkiyənin Azərbaycandakı səfirinin xahişindən sonra Prezident Administrasiyasından Azərbaycandakı bütün mətbəələrə bizim qəzeti çap etməmək göstərişini verilib. Mən bu qadağanı başa düşə bilmirəm”.

Qeyd edək ki, Azərbaycan və kürd dillərində çıxan “Diplomat” qəzeti zaman-zaman beynəlxalq aləm tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın liderləri Abdulla Öcalanı, Murad Karayılanı müxtəlif vaxtlarda müdafiə edən yazılar yayımlayıb, onların bəyanatlarını, müsahibələrini, müraciətlərini dərc edib.

Previous Post

Azərbaycan Gənclər Media Mərkəzi

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR İNTERNET AZADLIĞI İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.