SƏRHƏDSİZ REPORTYORLAR İNTERNET AZADLIĞI İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

“Sərhədsiz reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı bu gün internetin bu və ya digər məhdudiyyətlərə məruz qaldığı dövlətlər haqqında hesabat yayıb.

Contact.az saytının  məlumatına görə,  Azərbaycan, Rusiya, Tacikistan, Mərakeş və bir sıra digər ölkələr İnternetin hakimiyyətin “nəzarəti altında” olduğu ölkələr kimi qeyd edilib.

Hesabat müəlliflərinin fikrincə, sosial şəbəkələr “ərəb baharının” katalizatorlarından birinə çevrildikdən sonra bir sıra demokratik ölkələr totalitar rejimlərin təcrübəsini mənimsədi.

2011-ci ildə “İnternet düşmənləri” statusunu Bəhreyn, Belarus, Çin, Kuba, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Özbəkistan, İran, Vyetnam və Türkmənistan alıb.

Bütün bu ölkələrdə hakimiyyət kontent filtrasiyası tətbiq etməklə, müəyyən resurslara çıxışın bağlanması, blogerlərin və forumlarda müzakirələrin təqibi ilə İnternetdə söz azadlığını məhdudlaşdırır.

Onlayn müzakirələrə qarşı əsas mübarizə metodları kiber-hücumlar və blogerlərin həbsidir.

Azərbaycanda müxalifət saytlarına müntəzəm olaraq kiber-hücumlar edilir.

 

Previous Post

“DİPLOMAT” QƏZETİNİN ÇAPINA QADAĞA QOYULDUĞU BİLDİRİLİR

Next Post

VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏDƏ İŞTİRAKI TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.