NAXÇIVANDA MÜSTƏQİL VƏ MÜXALİFYÖNLÜ ƏYALƏT QƏZETLƏRİ YOXDUR

Naxçıvan Muxtar Respublikasında  9 yerli qəzet çap olunsa da onların heç biri müstəqil və ya müxalifətyönümlü deyil.

Belə ki, bunlar –  Ali Məclisin orqanı olan “Şərq Qapısı”,  Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan “ Nuh yurdu”, Şahbuz rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Şərur rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi”, Sədərək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu”, Kəngərli rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat”, Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Culfa rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi”, Ordubad rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzetləridir.

Bu qəzetlərdən ən çox tirajlısı “Şərq qapısı” qəzetidir. Bu qəzet   həftədə 5 dəfə 3430 nüxsə çap olunur. “ Şərurun səsi” qəzeti isə həftədə 1 dəfə olmaqla  800 nüsxə olmaqla dərc olunur. Digər qəzetlər də həftədə 1 dəfə olmaqla, amma cəmi  500 nüxsə ilə çap olunurlar. Qəzetlər  sasən dövlət idarə və müəsissələrinə məcburi qaydada satılır.

Qeyd edək ki, bu statistik xarakterli məlumatı RATİ-nin bölgə müxbirləri bölgədə qəzet çapı ilə məşğul olan “Əcəmi” mətbəsindən alıblar.

Bölgədə müstəqil və müxalifyonlü yerli mətbuat  yoxdur. Müstəqil əyalət qəzetlərinin olmaması səbəbindən yerli mətbuat orqanları arasında rəqabət mühiti də mövcud deyil.

Previous Post

BİR QRUP JURNALİST ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

Next Post

MTRŞ XARİCİ RADİSTANSİYALARLA BAĞLI KRAMERİN TƏƏSSURATINA ŞUBHƏ İLƏ YANAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.