MTRŞ XARİCİ RADİSTANSİYALARLA BAĞLI KRAMERİN TƏƏSSURATINA ŞUBHƏ İLƏ YANAŞIR

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq və beynalxalq əlaqələr şöbəsinin rəisi Nemət Cavadov ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə köməkçisi Devid Kramerin Azərbaycanda milli tezliklərlə yayımlanan  xarici radiostansiyaların taleyi ilə bağlı səsləndirdiyi  fikrə  münasibətini bildirib.

Cavadov Kramerin işlətdiyi “yayım davam edəcək” sözlərinə “biz bilmirik o, nəyi nəzərdə tutur” – deyə cavab verib. Bu  “Ölkə” qəzetinin bu günkü (20 noyabr) sayında dərc olunmuş məlumatda bildirilir.
 Cavadovun sözlərinə görə yayımı yalnız nizamnamə kapitalında Azərbaycan vətəndaşlarının payı olan teleradio yayımçıları həyata keçirə bilər:  “Bu Rusiyada, İsveçdə, Norveçdə həmçinin adını çəkdiyiniz şəxsin ölkəsində də belədir. Əgər onların yayım planları varsa, Azərbaycanda kabel yayımı vasitəsilə yayımlana bilərlər. Onların yayımının davam etməsinə baxmayaraq, bu qanuna ziddir”, – deyə Cavadov əlavə edib.

Cavadovun verdiyi məlumata görə, MTRŞ-nın xarici radiostansiyalara verdiyi illik lisenziyanın müddəti sentyabr ayında başa çatıb.
Xatırladaq ki, Azərbaycana rəsmi səfərinin yekunlarına dair dünən (19 noyabr) keçirdiyi mətbuat konfransında Kramer radiostansiyalar məsələsinə münasibət bildirib. “Azərbaycan rəhbərliyi ilə görüşlərdən sonra məndə elə təəssürat yaranıb ki, xarici radiostansiyaların yayımı dayanmayacaq”, – deyə o, bildirib.

Previous Post

NAXÇIVANDA MÜSTƏQİL VƏ MÜXALİFYÖNLÜ ƏYALƏT QƏZETLƏRİ YOXDUR

Next Post

GENERALIN TƏKRAR İDDİASI RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.