QƏZET REDAKSİYASINA HƏDƏLƏYİCİ ZƏNGLƏR EDİLİR

“Yeni Müsavat” qəzetinin bu günkü (25 noyabr) sayında “Tərtərin icra başcısı “Yeni Müsavat”ı şantaj edir“ başlıqlı yazı dərc edilib.

Yazıda bildirilir ki, “Yeni Müsavat” qəzetinin  23-noyabr  2008-ci il tarixli sayında “Tar-mar  Tərtər”  başlıqlı məqalə dərc edilib. Məqalədə həmin rayonun icra başçısı Vidadi İsayev və rayonun vəzifəli şəxsləri tənqid edilib.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın RATİ-yə verdiyi məlumata görə, həmin rayonun  vəzifəli şəxslərinin sifarişi ilə redaksiyaya hədə dolu zənglər olur: ”Özlərini şəhid ailələri kimi təqdim edən şəxslər icra başçısı barədə yazdıqlarımızla bağlı təkzib verməyimizi tələb edirlər. Onlar əks təqdirdə əməkdaşlarımıza və redaksiyaya hücum edəcəklərini bildirirlər”.
Previous Post

SMM-İN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

BUZOVNA BƏLƏDİYYƏSİ “YENİ MÜSAVAT”LA BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.