SMM-İN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (25 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə “Seçki Monitorinq Mərkəzi” (SMM) İctimai Birliyinin dövlət qeydiyyatının ləğv edilməsinə dair Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə  məhkəmə prosesi keçirildi.

SMM-in vəkili İntiqam Əliyev işlə bağlı Xətayi rayon Məhkəməsinin protokollarının Apellyasiya Məhkəməyə təqdim edilməsi və şahidlərin məhkəməyə çağırılaraq dindirilməsi ilə bağlı vəsatətlər qaldırdı. Amma hakim vəsatətləri rədd etdi.
Prosesdə tərəflər dinlənildikdən sonra hakim müşavirə üçün  fasilə elan etdi. Müşavirədən dönən hakim İsmaylov Xətayi rayon Məhkəməsinin qərarını olduğu kimi qüvvədə saxladı.
Xatırladaq ki, Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsi Mülki Məcəllənin 59-cu (hüquqi şəxsin ləğvi) maddəsini rəhbər tutaraq  SMM-in qeydiyyatı zamanı təsisçilər barədə səhv məlumat verdiyini, Ədliyyə Nazirliyini  xəbərdar etmədən regionlarda 8 nümayəndəlik yaratdığıni və təşkilatın hüquqi ünvanı barədə yanlış məlumat verildiyini əsas gətirərək qurumun qeydiyyatını ləğv edən və təşkilatın fəaliyyətinə xitam verən qərarın çıxarılması tələbi ilə  Xətai rayon Məhkəməsinə müraciət etmişdi. 14 may 2008-ci il tarixində Xətai rayon Məhkəməsinin hakimi  Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin iddiası təmin edilərək SMM-nin qeydiyyatının ləğv edilməsi və fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilmişdi. Xətai rayon Məhkəməsinin çıxardığı bu qərardan Apellyasiya şikayəti verilmişdi.
Belə ki, proses zamanı RATİ əməkdaşlarının foto və video çəkiliş aparmalarına  icazə verilməyib. Buna baxmayaraq prosesin müşahidə edilməsinə icazə verilib. Prosesi yerli KİV və QHT nümayəndələri ilə yanaşı ATƏT-in Bakı ofisinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaları da müşahidə ediblər.
Previous Post

ZAHİD “AZADLIQ” QƏZETİ KOLLEKTİVİNİN İŞİNDƏN RAZIDIR

Next Post

QƏZET REDAKSİYASINA HƏDƏLƏYİCİ ZƏNGLƏR EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.