“MƏRKƏZ” QƏZETİNİN ÜÇ ƏMƏKDAŞI İSTEFA VERİB

“Mərkəz” qəzetinin bir qrup əməkdaşı – baş redaktorun müavini Nicat Sadıqlı, redaktor Bəxtiyar Elcan və müxbir Cəlil Cavanşir  əmək haqlarının azaldılması səbəbindən istefa veriblər. Bu barədə bu gün (25 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müxbir  Cəlil Cavanşir məlumat verib.

Cəlil Cavanşirin sözlərinə görə, qəzetin təsisçisi, deputat Gülər Əhmədova Milli Mətbuat Günündə qəzetin kollektivinə sürpriz eləyib: “Gülər Əhmədova kollektivə heç bir açıqlama vermədən maaşlarımızı yarıbayarı azaldıb. Biz də buna etiraz əlaməti olaraq, qəzetdə çalışmaqdan imtina edib istefa verdik”.

 

Məsələyə münasibət bildirən “Mərkəz” qəzetinin təsisçisi, deputat Gülər Əhmədova isə RATİ-yə bildirdi ki, insanlara əməkhaqqı onların  ehtiyaclarına görə yox, gördükləri işin müqabilində verilməlidir:

 

 “Müasir jurnalistikanın tələblərinin  ciddiləşməsi hər kəsə məlumdur. Ətraflı informasiya, ilkin, dəqiq məlumat əldə etmə bacarığı, jurnalist araşdırması, jurnalistlər arasında peşəkarlıq baxımdan yaranan mühit və rəqabət vacib şərtlərdir. Qəzetdə çalışan redaktorlar yeni gələnlərin işləməsinə şərait yaratmır,  özləri də işləmirdilər. Bizə isə işləyənlər lazımdır”,  – deyə  G. Əhmədova bildirdi.

 

 

Previous Post

JURNALİSTLƏRƏ TƏZYİQLƏR DAVAM EDİR

Next Post

BƏXTİYAR HACIYEV AĞIR ŞƏRAİTİ OLAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.