ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT DEFAMASİYAYA GÖRƏ CƏZALANDIRILMIŞ JURNALİSTLƏRƏ GÖRƏ İLHAM ƏLİYEVƏ MƏKTUB YAZ

Ümumdünya Qəzetlər Assosiasiyası (WAN-IFRA), Ümumdünya Redaktorlar Forumu və Beynəlxalq İdman Qəzetləri Assosiasiyası İlham Əliyevə Azərbaycanda son günlərdə bir neçə jurnalistin defamasiya ilə cəzalandırılmasına etiraz məktubu göndərib.

Məktubda bildirilir ki, Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov Ümumdünya Assosiasiyasının nümayəndə heyətinə mətbuatın vəziyyətinin yaxşılaşdırılması, o cümlədən böhtana görə cinayət məsuliyyətinin ləğv edilməsi üçün ciddi tədbirlər görüldüyünə söz versə də, bu vədə əməl olunmayıb.
“Əli Həsənov Qəzetlərin və Xəbər Yayanların Dünya Assosiasiyasının nümayəndəsini inandırmışdı ki, müstəqil mətbuatın vəziyyətini inkişaf etdirmək üçün ciddi ölçülər götürüləcək. Biz iki həftədən sonra jurnalistin defamasiyaya görə həbs edilməsindən heyrətləndik” – deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum ediliblər. Eyni hökmlə Ramiz Tağıyev 6 ay islah işləri cəzası alıb.
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.
Oktyabrın 7-də isə “Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimovun iddiasına əsasən “Fanat.az” internet saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmət məvaciblərinin 20 faizinin tutulması ilə müvafiq olaraq 1 il, və 6  ay islah işlərinə cəlb olunması ilə cəzalandırılıblar.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.