NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (15 oktyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolişi-Sədo “ qəzetinin baş redaktoru  Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Ədliyyə Nazirliyi Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən iddiaçıların vəkili Ramiz Məmmədov bildirdi ki, Novruzəli Məmmədovun  yaşamaq hüququ dövlət orqanları tərəfindən qəsdən pozulub və buna səbəb isə onun talış dili və mədəniyyətini təbliğ etməsi olub. R. Məmmədov həmçinin qeyd etdi ki, N. Məmmədov həbsdə olduğu müddətdə onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı dəfələrlə etdikləri müraciətlərə heç bir cavab verilməyib. Həmçinin N. Məmmədovda olan xəstəliklərin diaqnozu ilə bağlı sorğular da cavablandırılmayıb.
 Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin nümayəndəsi Elşən Həsənov R.Məmmədovun dediklərinin əsassız olduğunu bildirdi. O qeyd etdi ki, N. Məmmədov iki dəfə müalicə müəssisəsinə köçürülməkdən özü imtina edib. “Onun saxlanıldığı yerə keçirilən baxış zamanı isə saxlanma şəraitinin pis olması ilə bağlı iddianın əsassız olduğu məlum olub” – deyə E.Həsənov bildirib.
Hakim iş vaxtının sona çatması ilə əlaqədar olaraq növbəti prosesi 16 oktyabr saat 16:00-a qədər təxirə saldı.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

18 YAŞI TAMAM OLAN “MÜXALİFƏT” QƏZETİ NƏŞRİNİ BƏRPA EDƏCƏK

Next Post

ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT DEFAMASİYAYA GÖRƏ CƏZALANDIRILMIŞ JURNALİSTLƏRƏ GÖRƏ İLHAM ƏLİYEVƏ MƏKTUB YAZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.