BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB

Bu gün (27 avqust) səhər saatlarında Naxçıvanın Nehrəm kəndində polislə kənd sakinləri arasında qarşıdurma zamanı hadisə yerindən reportaj hazırlayan "Azadlıq və Azad Avropa" radiosunun müxbirləri Məlahət Nəsibova, İlqar Nəsibov, habelə  RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri Elman Abbasov döyülüblər.

Bu haqda məlumatı RATİ-yə Naxçıvan üzrə bölgə müxbirimiz Elman Abbasovun özü verib:
"Bizə hadisə yerində  kənd icra nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri və mülki geyimli şəxslər hücum etdilər. Bizə hücum edən  7-8 nəfər həm də sərxoş vəziyyətdə idilər. Hadisə zamanı özümlə apardığım video kamera və diktafonu, eləcə də "Azadlıq və Azad Avropa" radiosunun müxbirlərinin foto aparat və diktafonunu, habelə  Məlahət Nəsibovanın mobil telefonunu həmin şəxslər zorla əlimizdən alaraq yerə çırpdılar və sonra da təpikləməyə başladılar. Bizə də durmadan sillə-təpik və yumruqla zərbələr endirirdilər. Nəticədə RATİ-nin video-kamerasının monitoru sındı. Video-kamera çəkilişi birbaşa DVD diskə aparır. Kameranın yerə çırpılması nəticəsində DVD disk də sıradan çıxıb və hadisə yerində apardığımız çəkiliş də məhv olub.   Mən habelə həmkarlarım ciddi bədən xəsarətləri alıblar.  Hadisəni müşahidə edən polislər isə baş verənlərə müdaxilə etmədilər".
Hadisə ilə əlaqədar olaraq Nehrəmdəki polis məntəqəsinə  şikayət edən jurnalistlərin ərizəsi isə qəbul edilməyib.
Previous Post

BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB, AVADANLIQLARI İSƏ “MÜSADİRƏ” EDİLİB

Next Post

BƏXTİYAR ƏLİYEV AZTV-Nİ MƏHKƏMƏYƏ VERMƏDİYİNİ DEYİR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.